Türkə qarşı xüsusi nifrətin mənbəyi ...
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
11:14 | 9 may 2026 | Şənbə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Tehran Elm və Sənaye Universitetinin aerokosmik mühəndisliyi və peyk texnologiyaları üzrə magistr tələbəsi Ərfan Şükurzadə Qızılhasar həbsxanasına köçürülüb. Bu addım onun haqqında çıxarılmış edam hökmünün yaxın zamanda icra edilə biləcəyi ilə bağlı ciddi narahatlıq yaradıb.
VAXT.AZ Güney Azərbaycan “Telegram” kanallarına istinadən xəbər verir ki, o müstəntiqlə görüş bəhanəsi ilə kameradan çıxarılıb və daha sonra Qızılhasara aparılıb. Daha əvvəl onun işi üzrə edam hökmünün dayandırılması statusu olduğu bildirilsə də, qəfil köçürülmə və siyasi məhbuslarla bağlı əvvəlki təcrübələr riskin artdığına işarə edir.
1997-ci il təvəllüdlü Şükurzadə Təbriz Universitetinin məzunu və Tehran Elm və Sənaye Universitetinin magistr tələbəsi idi. O, peyklərin test, idarəetmə və mövqe müəyyənləşdirmə proqram təminatı sahəsində araşdırmalar aparırdı və magistr pilləsində birinci yerə layiq görülmüşdü.
Ərfan Şükurzadə 2025-ci ilin fevral ayında SEPAH tərəfindən “casusluq və düşmən ölkələrlə əməkdaşlıq” ittihamı ilə saxlanılıb. Hakimiyyət bu ittihamlarla bağlı ictimaiyyətə ətraflı məlumat verməyib.
İşə yaxın mənbələrin sözlərinə görə, o, 9 ay təkadamlıq kamerada saxlanılıb və məcburi etiraf almaq üçün işgəncə və ağır təzyiqlərə məruz qalıb. Onun edam hökmü yaxın zamanda Ali Məhkəmə tərəfindən təsdiqlənib.