vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNEY  
“Balamın adı” 12:46 | 12 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 344 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Balamın adı”

Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda fars faşist hökuməti tərəfindən türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları “Balamın adı” kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Bu haqda “Balamın adı” kampaniyası məlumat yayıb.

Məlumata görə, prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.

Nəzərinizə çatdırım ki, İranda əhalinin böyük çoxluğu olan türklər öz övladlarına türk adları verə bilmirlər. Hökumət türk adları verilmiş uşaqlara doğum haqqında şəhadətnamə verilməsinə qadağa qoyublar.