
“Balamın adı”
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycan üçün İranı kimin idarə etməsi sərfəlidir?
Pezeşkiyan xalqa müraciət etdi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
İran Prezidenti Məsud Pezeşkiana dərin hörməti olan Azərbaycanda əhalinin böyük çoxluğunun ali dini lider Ayətullah Xameneyi isə münasibət son dərəcə pisdir. Niyə belədir? Çünki Məsud bəy İran prezidenti kimi həm Güney, həm də Quzey Azərbaycanın maraqlarını nəzərə alır. İmkanı daxilində öz xalqına dəstək verir. İnsanlar bunu görür və yüksək dəyərləndirirlər.
Məsud Pezeşkian kimi Ayətullah Xameneyi də etnik baxımdan türkdür. Ancaq o, fars şovinizminin qulluğunda dayanan və milli kimliyini farslara qurban vermiş manqurt birisidir. O, 1989-cu ildən iqtidardadır. Əgər onda milli qeyrət olsaydı Ermənistan heç Azərbaycana hücuma belə cəsarət etmədi. Təəssüf ki, Ayətullah Xameneyi bütün bu illər ərzində öz xalqının yox, xalqının düşmənlərinin yanında yer aldı. Gizli və açıq şəkildə ermənilərə dəstək verdi. İndi də, yəni iş-işdən keçəndən sonra da Ayətullah Xameneyi ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışır. Bax, Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi bu qədərdir.
Dəfələrlə yazmışam, əslində İran bizə Türkiyədən də yaxın ölkədir. Ən azı ona görə ki, İranın heç olmasa ən azı yarısı türkdür. O da sirr deyil ki, az qala min il indi İran dediyimiz coğrafiyada tax-tacın sahibi də türklər olub. İran öncə sünni dövləti idi. İranı şiə dövlətinə çevirən də Şah İsmayılın qılıncıdır. İndi fars faşizmi Şah babamızın yaratdığı ideologiya ilə türkləri məhv etməyə çalışırlar.
İranın başqa seçimi yoxdur. Ya İran türk keçmişinə dönərək özünü dövlət kimi qoruyub saxlayacaq, ya da tikə-parça olub gedəcək.
Təəssüf ki, Azərbaycanda şiə təəssübkeşliyindən dolayı İrana dəstək verənlər də var. Özü də az deyillər. Belələri özünü “Əli aşiqi” kimi qələm verir. Həzrət Əli ömrü boyu haqqın, ədalətin, insanlığın yanında olub. Siz isə öz dövlətinizin maraqlarına tüpürüb erməni separatizminə dəstək verən fars faşizminə yalaqlıq edirsiz. Siz “Əli aşiqi” yox, fars-erməni aşiqisiz. Bir zəhmət, hər kəsi öz adı ilə çağıraq.
Bu zümrədə olanlar iddia edir ki, biz sionizmə qulluq edirik, ABŞ və İsrailin yanındayıq. Gözlərinin içinə kimi yalan deyirlər. Biz birmənalı şəkildə Azərbaycanın, bu xalqın, bu dövlətinin yanındayıq. ABŞ və İsrail Azərbaycanla dostluq edirsə, nədən biz onlarla düşmənçilik edək ki? Azərbaycanın dövlət maraqları tələb edir ki, nəyinki dostluq münasibətimizi qoruyub saxlayaq, onu daha da möhkəmləndirək, hətta düşmənlərimizlə də dil tapaq, onlarla da anlaşaq. Məsələn, hazırda Ermənistanla bu istiqamətdə irəliləyirik. Türkiyə də, bütün Türk Dünyası da bu işin içindədir. Çalışdığımız odur ki, nə Qərb, nə Rusiya, nə də ki, İran bir daha erməni faktorundan türklərə qarşı yararlana bilməsin.
Bir önəmli məqam da var. Diqqət etdinizsə, ABŞ okeanların üstündən sıçrayıb Cənubu Qafqaza daxil oldu və Zəngəzur dəhlizinə əl qoydu. Rusiya və İran mələyə-mələyə qaldı. Bu iki ölkədə ağıl olsaydı, praqmatik yanaşma sərgilənsəydi Zəngəzur dəhlizi Amerikasız da açıla bilərdi. Ancaq aşırı tamahkarlıq, yekəbaşlıq Rusiya və İranı Zəngəzur dəhlizindən kənarda qoydu.
Amerika son dərəcə güclü imperialist bir ölkədir. Gördünüz, iki daşın arasında Rusiyanın yaman günə qoyduğu Ukraynanın təbii sərvətlərini zorla qamarladı. Bax ona görə də biz deyirik ki, türklər vahid dövlətdə birləşməlidir ki, kimsə bizim sərvətlərimizi yağmalamasın. Kimsə bizi müharibə ilə hədələməsin. Heç belə şeyi ağlının ucundan da keçirməsin.
Bir də biz İran kimi sarsaq deyilik ki, gedib o boyda Amerikaya kəllə ataq. Sonra da başımıza bomba yağanda gedib Ayətullah Xameneyi kimi bunkerdə gizlənək. Sonra da Amerikanın icazəsi ilə üzə çıxıb gic-gic qələbədən danışaq. Belə şeylərə üz lazımdır.
Dədə Qorqud bizlərə deyirdi ki, torpağı həm əkib – becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib – becərməsən, onu qorumağa dəyməz, qorumasan onda da əkib – becərməyin elə bir mənası yoxdur. Biz bütün imkanlarımızı səfərbər edərək öz torpaqlarımızı öncə qorumalıyıq, daha sonra isə o torpaqlarda ən yüksək səviyyədə yaşam standartları yaratmalıyıq. Yol budur. Biz də XXI əsri türk əsrinə çevirmək üçün bu yolun yolçusuyuq.