vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
“Kababçı”nın başına 5 milyon 12:26 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kababçı”nın başına 5 milyon

ABŞ haitili quldurbaşının tutulması üçün mükafat təyin etdi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Daxili İşlər Nazirliyi (DİN), “Kababçı” ləqəbli Haitili quldurbaşı Cimmi Çeriziyerin tutulmasına və ya onun həbsinə səbəb olacaq məlumata görə 5 milyon dollar ödəyəcəyini açıqladı. Çeriziyerin rəhbərlik etdiyi quldur dəstəsi Amerika silahları ilə silahlanmış və ölkənin yeganə hərbi gücünə çevrilmək üzrədir.

DİN-in Beynəlxalq Narkotik və Hüquq-Mühafizə Bürosu dünən bildirdi ki, Cimmi Çeriziyer (“Kababçı”) hər hansı bir ölkədə tutulub məhkum ediləcəyi məlumatı verənlər üçün Uluslararası Təşkilatlanmış Cinayətkarlıq Ödül Proqramı çərçivəsində 5 milyon dollara qədər mükafat təklif edəcək.

Bəyanatda qeyd olunub ki, Çeriziyer, “DİN tərəfindən 2 may 2025-də Viv Ansanmın lideri olaraq Xarici Terror Təşkilatı və Xüsusi Qlobal Terrorçu (SDGT) kimi tanınan və Haitili quldur zorakılığının əsas başçısıdır”.

“İnsan hüquqlarını ayaq altına alan Çeriziyer, Haitili mülki şəxslərin kütləvi qırğını və təcavüzündə birbaşa iştirak edib”, – bəyanatda deyilir.

Çeriziyer 2020-ci ildə Qlobal Maqnitski Qanunu çərçivəsində tətbiq olunan sanksiyalardan xilas olmuşdu. Onun tərəfdaşı Brazil Riçardson isə dünən Vaşinqtonda ilk məhkəmə prosesinə çıxıb.

Dəstə lideri Çeriziyer, keçmiş polis məmuru və ölkəsinin böyük hissəsini ağır silahlanmış dəstəsi ilə nəzarətdə saxlayır. Çeriziyer, Haitidə “G9 Ailəsi” adlanan cinayətkarlar birliyinin başında yer alır. Bu ailənin üzvləri cinayət, oğurluq, soyğun, təcavüz, sui-qəsd, narkotik qaçaqçılığı və adam qaçırma kimi əməllərə görə məhkəmə qarşısına çıxır.

Quldur dəstəsinin əldə etdiyi gəliri üzvlərinə maaş ödəmək və silah almaq üçün istifadə etdiyi iddia olunur.

Haiti Afrikanın Qərb yarımkürəsinin ən kasıb ölkəsi olub, ölkənin böyük hissəsi və paytaxt Port-o-Prensin əksəriyyəti silahlı dəstələrin nəzarətindədir.

 

6 ayda 3 min nəfər öldürüldü

 

Keniya rəhbərliyində çoxmillətli qüvvə Haiti polisinə dəstək üçün yerləşdirilməsinə baxmayaraq, zorakılıq davam edir. BMT İnsan Hüquqları Ali Komissarlığının ötən ay açıqladığı statistikaya görə, ilin ilk yarısında ən azı 3 141 nəfər öldürülüb.

Baş Prokuror müavini Con Aysenberq bildirib ki, “Çeriziyer və (Riçardson) Haitidə təhlükəsizlik böhranına səbəb olan, zorakı cinayət fəaliyyətini maliyyələşdirmək üçün ABŞ-da pul toplamağa çalışıblar”.

Keçmiş polis məmuru, Haitidə “G9 Ailəsi” dəstələrinin başında yer alır. Bu ailənin üzvləri cinayət, oğurluq, soyğun, təcavüz, sui-qəsd, narkotik qaçaqmalçılığı və adam qaçırma kimi əməllərə görə məhkəmə qarşısına çıxır.

Qərb yarımkürəsinin ən kasıb ölkəsi olan Haiti, 2021-ci ilin iyul ayında dövlət başçısı Covenel Moisein sui-qəsdi ilə başlayan siyasi, iqtisadi və təhlükəsizlik böhranına batıb.

BMT-yə görə quldur dəstələri artıq metropol Port-o-Prensin 90%-nə nəzarət edir və lüks Petyon-Villdə keçid hökumətinin son sığınacağını mühasirəyə alıblar.

Ölkədə səhiyyə xidmətlərindən elektrikin təminatına, tullantıların yığılmasına qədər bütün xidmətlər çöküb. Quldurlar paytaxtın limanlarını və bütün yolları nəzarətdə saxlayır, daxil olan mallardan xərac yığır.

Haiti quldurlarını araşdıran Braziliya mərkəzli “Iqarapé” İnstitutunun təsis ortağı Robert Muqqah bildirir ki, quldurlar getdikcə daha yüksək kalibrli silahlar istifadə edir. “Tapançalar və revolverlər bir şeydir, AR-15, M10 və ya snayper tüfəngi isə tam başqa səviyyədir”.