vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
Rusiya yerləşdi, ABŞ aldı 15:21 | 14 avqust 2025 | Cümə axşamı Məqaləyə 125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya yerləşdi, ABŞ aldı

Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı

Altay QUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir zamanlar Rusiya koloniyası olan Alyaska, Donald Tramp-Vladimir Putin görüşü üçün ideal bir yer sayılır. Bəs Alyaska ABŞ və Rusiya üçün nə ifadə edir?

ABŞ Prezidenti Donald Trump, Vaşinqtondan Cümə günü ABŞ-ın Alyaska ştatının ən böyük şəhəri olan Ankoricin şimal ucuna təxminən 5 min 400 kilometr, Rusiya Prezidenti Vladimir Putin isə Kremlin yerləşdiyi Moskva şəhərindən təxminən 7 min kilometr məsafəni uçmaq məcburiyyətində qalacaq. Görüşün keçirilməsi planlaşdırılan yer isə Elmendorf-Riçardson hərbi bazası olacaq. Amerika Birləşmiş Ştatlarının şimal-qərb ucunda yerləşən bu subarktik bölgədə hər iki dövlət başçısı və heyətləri bir-birinə yad olmayacaq.

Çünki Trampın Putini qəbul edəcəyi Alyaska yalnız coğrafi olaraq ideal bir yer deyil, həm də hər iki ölkə üçün tarixi bir mənaya malikdir.

 

Rusiya Alyaskanı necə kəşf etdi?

 

Təxminən 10 min il əvvəl, son buz dövrünün sonuna qədər, bugünkü Rusiyanın uzaq şərqi ilə Alyaska arasında bir quru körpüsü mövcud idi. İlk insanların çox güman ki, bu yolla Amerika qitəsinə ayaq basdıqları təxmin edilir. Lakin dəniz səviyyəsi yüksələndən sonra, bu ərazi bu gün Berinq boğazı adlanır və keçilməsi mümkün olmayıb. Alyaskadakı yerli əhali bir müddət xarici dünyadan izolyasiya olunmaq məcburiyyətində qaldı.

Alyaska və Rusiya arasındakı eyni adlı ada zəncirinin sakinləri Aleutlar, bu torpaqlara “Alyaska” adını vermişdilər. Əyalətin bugünkü adı da buradan gəlir.

On min illər sonra, 18-ci əsrdə Rus çarı I Pyotr, 1725-ci ildə dənizçi Vitus Berinqi bir kəşf səfərinə göndərdi. Berinq bu ərazini keçməyi bacaran rus dənizçisi oldu və onun adı sonradan boğaza verildi. Rus dənizçilər illər ərzində tədricən Alyaskanın müxtəlif yerlərinə ayaq basdılar, məskunlaşdılar və kürk ticarəti ilə məşğul oldular.

Çar I Pavel, 1799-cu ildə Rus-Amerika Şirkəti adlı Rus təşəbbüsünə koloniyalaşdırdığı bölgənin ticarət monopoliyasını verdi və bu quruluş daha sonra koloniyadakı inzibati funksiyaları da icra etdi.

18-ci əsrin ortalarına gəldikdə isə, rus kolonistləri fok və su samurlarını həddindən artıq ovladığı üçün kürk ticarətindən əldə olunan gəlir azalmış, Rusiya isə dönəmin Krım Müharibəsi səbəbindən iqtisadi çətinliklərlə üzləşmişdi. Çarlıq Alyaskanı gəlirli şəkildə satmaq istəyirdi. İlk olaraq o dövrdə Kanadanı idarə edən Böyük Britaniya bu satışa maraq göstərdi. Lakin ABŞ, o zaman üçün böyük bir məbləğ olan 7,2 milyon dollar təklif edərək bölgəni satın alan tərəf oldu.

 

Tramp dövrü: Neft və ABŞ-ın ən yüksək dağı

 

Alyaska, 1967-ci ilə qədər böyük neft yataqları kəşf olunana qədər uzun müddət verimsiz, lazımsız bir ərazi hesab edilirdi. İqlimə böyük təsir edən neft kəşfindən sonra Alyaskanın iqtisadiyyatı yenidən canlandı. Tramp, 20 Yanvar 2025-ci ildə vəzifəyə başlayandan bir neçə saat sonra Alyaskada neft və qaz istehsalını genişləndirən bir fərman imzaladı. Təbiətin qorunmasını nəzərdə tutan qanuni tənzimləmələr də yumşaldıldı.

Tramp, vəzifəyə başladığında etdiyi çıxışda Alyaskanın və bütün ABŞ-ın ən yüksək dağının adını McKinley Dağı olaraq dəyişdirmək istədiyini elan etdi. Bu, dağın keçmiş Prezident Barak Obamanın yerli adı Denaliyi geri verənədək 1917–2015-ci illər arasında istifadə edilən adı idi. ABŞ-ın 25-ci prezidenti Uilyam MakKinli, Trampın ən sevdiyi prezidentlərdən biri idi. Xarici siyasətdə gömrük rüsumlarını təzyiq aləti kimi istifadə edən MakKinli, ABŞ ərazilərini Havay ilə yanaşı Sakit və Atlantik okeanındakı digər adalarla genişləndirmişdi.

***

Rusiya isə Alyaskada, ABŞ bayrağı altında da öz varlığını hiss etdirdi. Bu bölgədə bu gün də təxminən 80 Rusiya Ortodoks icması və çoxsaylı Ortodoks kilsəsi fəaliyyət göstərir.

Hətta Soyuq Müharibə dövründə Avropadakı dəmir pərdənin qarşılığı olaraq Berinq Dənizində bir “Buz Pərdəsi” mövcud idi. Çünki Alyaska, Sovet hücumu halında bir anda Amerika qitəsinin ilk müdafiə xətti olmuşdu. ABŞ ordusu bu ştatda, Ankoric yaxınlığındakı Elmendorf-Riçardson kimi hərbi bazalar, radar obyektləri və raket bazaları qurdu.

Alyaska köklü Respublikaçı Sara Palin də 2008-ci ildə prezident namizədi Con Makkeynin vitse-prezident namizədi olaraq yarışanda həmin dövrdə Rusiyanın ABŞ üçün “qonşu” olduğunu vurğulamışdı. O zaman Alyaska qubernatoru olan Palin bu sözləri ilə, Gürcüstanı işğal edən Rusiyaya qarşı daha çox qətiyyət göstərilməli olduğunu və Gürcüstan ilə Ukraynanın NATO-ya qəbul edilməsini tələb etmişdi. Həqiqətən də, Berinq Boğazında bir-birindən yalnız üç kilometr uzaqda yerləşən Diomedes adalarından böyük olanı Rusiyaya, kiçiyi isə Alyaskaya, beləliklə də ABŞ-a məxsusdur.

2022-ci ilin Oktyabrında isə tamamilə fərqli şəraitdə iki Rusiya vətəndaşı bu qonşuluğu istifadə etdi: kiçik bir qayıqla Rusiyadan Alyaskaya aid Sent Lourens adasına keçərək Ukraynadakı müharibədən qaçdılar.

 

Alyaskadakı ilk tarixi görüş deyil

 

Putin Ankoricdə bir ABŞ prezidentinin qəbul etdiyi ilk xarici dövlət başçısı olmayacaq. 1971-ci ilin Sentyabrında Yaponiya imperatoru Hirohito, bu ünvanla ilk xarici səfərini buraya etmiş və o dövrün ABŞ Prezidenti Riçard Nikson ilə görüşdükdən sonra London, Bonn və Parisə səfər etmişdi.

Putinin bu gün İngiltərə, Almaniya və ya Fransaya səyahət etməsi isə mümkün deyil. Ukraynada başladığı müharibə səbəbindən onun haqqında beynəlxalq axtarış qərarı verilib və bu üç ölkədən birinə ayaq basdıqda həbs edilərək Laheydəki Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilə bilər.

ABŞ isə bu məhkəməyə tərəf olmadığı üçün, Putinin Alyaskada həbs olunma ehtimalı yoxdur.