Çin ABŞ ilə müharibəyə hazırlaşır?
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
08:27 | 30 may 2026 | Şənbə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ ilə Kuba arasında gərginlik yeni mərhələyə keçə bilər. Amerika mediasında yayılan məlumatlara görə, Donald Trump administrasiyası Kubada vəziyyətin daha da pisləşəcəyi halda mümkün hərbi ssenarilər üzərində işləyir.
VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, Ağ Ev hazırda adaya birbaşa müdaxilə planlaşdırmasa da, Kuba daxilində xaos və ya hakimiyyət böhranı yaranacağı halda ABŞ qüvvələrinin necə hərəkət edəcəyini müzakirə edir. Mənbələrdən biri bildirib ki, “bütün variantlar masadadır, lakin hərbi işğal planlaşdırılmır”.
Son aylarda ABŞ Karib hövzəsində hərbi mövcudluğunu gücləndirib. Amerika mediası bölgədə aviadaşıyıcı qrupların, döyüş təyyarələrinin və hərbi gəmilərin fəaliyyətinin artdığını yazır. Bu qüvvələrin rəsmi məqsədi açıqlanmasa da, müşahidəçilər bunu Kubaya təzyiq strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.
Məlumata görə, Tramp administrasiyası Kubaya qarşı “təzyiqin sürətləndirilməsi” strategiyası həyata keçirir. Məqsəd iqtisadi sanksiyalar və enerji blokadası vasitəsilə Havana üzərində təzyiqi artırmaqdır.
ABŞ-ın Venesueladan Kubaya neft axınını məhdudlaşdırması nəticəsində adada enerji böhranı dərinləşib, genişmiqyaslı elektrik kəsintiləri baş verib.
Kuba rəsmiləri isə ABŞ tərəfindən mümkün hərbi təzyiq riskinin artdığını bildirirlər.
Josefina Vidal bildirib ki, Vaşinqtonun addımları potensial hərbi qarşıdurma riskini yüksəldir və ABŞ yeni təzyiq mexanizmləri formalaşdırır.
Gərginlik fonunda maraqlı hadisələrdən biri də ABŞ və Kuba hərbi rəhbərliyi arasında nadir təmas olub.
Fransis Donovan Kubanın yüksək rütbəli hərbçiləri ilə “Guantanamo Bay Naval Base” ətrafında görüş keçirib. Tərəflər təhlükəsizlik və sərhəd məsələlərini müzakirə ediblər. Bu, son illərin ən diqqətçəkən ABŞ–Kuba hərbi təmaslarından biri hesab olunur.
Hazırda nə Ağ Ev, nə də Pentqaon tərəfindən Kubaya qarşı hərbi əməliyyatın başlanacağı barədə rəsmi qərar açıqlanmayıb.
Bununla belə, Amerika mediasında yayılan məlumatlar göstərir ki, Vaşinqton Kuba ətrafında müxtəlif ssenariləri nəzərdən keçirir və adadakı siyasi-iqtisadi vəziyyəti yaxından izləyir.