vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 9 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
ABŞ-a viza məhdudiyyəti aradan qalxdı 09:44 | 9 iyun 2026 | Çərşənbə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-a viza məhdudiyyəti aradan qalxdı

Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Məhkəməsi yüksək ixtisaslı xarici işçilər üçün nəzərdə tutulan “H-1B” vizaları üzrə 100 min dollarlıq rüsumu ləğv edib. Qərarda qeyd olunub ki, bu rüsum qanunsuzdur və Konqres tərəfindən təsdiqlənməyib.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, sözügedən rüsum Donald Tramp administrasiyası tərəfindən tətbiq edilmişdi və məqsəd yüksək ixtisaslı xarici mütəxəssislərin ABŞ əmək bazarına girişini məhdudlaşdırmaq idi.

Lakin məhkəmə qərarında vurğulanıb ki, belə bir ödənişin tətbiqi yalnız qanunverici orqanın – Konqresin səlahiyyətinə aiddir və icra hakimiyyəti tərəfindən birtərəfli şəkildə müəyyən edilə bilməz.

Qərarın icrası nəticəsində “H-1B” vizası ilə bağlı əlavə 100 min dollarlıq ödəniş tələbi aradan qaldırılıb.

Qeyd edək ki, “H-1B” vizası ABŞ-da texnologiya, mühəndislik və digər yüksək ixtisas tələb edən sahələrdə xarici mütəxəssislərin işləməsinə imkan verən əsas iş vizası proqramlarından biridir.