vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
Yaponiyanın ilk qadın baş nazirinin keçmişi 16:55 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiyanın ilk qadın baş nazirinin keçmişi

Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Siyasət və musiqi bir-birindən o qədər də uzaq deyil. Müğənnilər çox vaxt sənətlərini diqqət çəkmək, özlərinə yaxın mövzularda ictimai maarifləndirmə aparmaq və ya dünyadakı ədalətsizlikləri etirazla ifadə etmək üçün istifadə edirlər.

Bəs musiqiçi olan liderlər necə?

Məsələn, ABŞ prezidenti Harri Truman (Harry S.Truman) (1945–1953) bir vaxtlar peşəkar pianoçu olmağı düşünmüşdü. Böyük Britaniyanın baş naziri Edvard Hit (Edward Heath) (1970–1974) isə “Oxford Bach” xorunda oxumuş, piano çalmış və hətta 1971-ci ildə London Simfonik Orkestrinin “Royal Festival Hall”da dirijoru olmuşdu.

Qərbi Almaniya kansleri Helmur Şmit (Helmut Schmidt) (1974–1982) də piano ifaçısı olmuşdu. O, “Abbey Road” studiyasında Motsartın “Üç Piano Konserti”ni səsləndirdiyi bir yazı da buraxmışdı. Bill Klinton isə saksofon ifaları ilə məşhurdur. 1992-ci ildə ABŞ-ın 42-ci prezidenti seçilməzdən bir neçə ay əvvəl televiziya efirində canlı çıxış etmişdi.

1970-ci illərin rok qrupu “Ugly Rumours” isə maraqlı bir xatirə də var. Qrupun solisti o dövrdə gənc gitaraçı olan Toni Bleyr (Tony Blair) idi. Altı konsertdən sonra “özümüzü davam etməyə yetəcək qədər yaxşı saymadıq” deyərək qrupu buraxmışdılar.

Bu siyahıya indi bir ad da əlavə oluna bilər – Yaponiyanın tarixində ilk qadın baş nazir kimi vəzifəyə başlayan Sanae Takaiçi.

64 yaşlı siyasətçi mühafizəkar baxışları ilə tanınır və Yaponiyanı daha sağ yönə aparacağı gözlənilir. O, Böyük Britaniyanın ilk qadın baş naziri Marqaret Tetçerin pərəstişkarıdır və bu səbəbdən bəzən “Dəmir Xanım” adlandırılır. Amma bəlkə də ona “Heavy Metal ledi” demək daha uyğun olardı.

Takaiçi siyasətə gəlməzdən əvvəl bir “heavy metal” qrupunda baraban çalırmış və universitet illərində kifayət qədər istedadlı musiqiçi sayılırmış. Məlumata görə, indi də stressdən qurtulmaq üçün elektron baraban dəstində ritm tutmaqdan zövq alır. Hətta son vaxtlar “bunu ərim yatandan sonra edirəm” zarafatla dilə gətirib.

Takaiçi “Black Sabbath”, “Iron Maiden” və “Deep Purple” kimi ingilis “hard rock” və “heavy metal” qruplarının pərəstişkarıdır.

Onun baraban çalarkən fotosu mövcud olmasa da, bu ayın əvvəlində 2016-cı ildə qatıldığı bir karaoke proqramından video sosial mediada yayılıb. Videoda Takaiçi, yapon rok qrupu “X Japan”-ın məşhur “Rusty Nail” mahnısını ifa edərkən görünür.

Sanae Takaiçi oktyabrın 4-də Liberal Demokrat Partiyanın (LDP) liderlik seçkilərini qazanıb və bundan sonra İmperator Naruhito tərəfindən İmperator Sarayında baş nazir təyin edilib.