
Uran ətrafında yeni peyk aşkarlandı
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
“James Webb”in təəccüblü Pluton kəşfi
Alimlərin Qırmızı Planeti yaşıllaşdırma planı
Qırmızı planetdəki “sirli” xətlərin arxasındakı həqiqətin fərqli olduğu ortaya çıxdı
Çin kosmosa “Tienvin-2” asteroid zondu göndərdi
İki qalaktika arasında radiasiya müharibəsi
“Apollon 13”ü xilas edən qəhrəman vəfat edib
Yaponiya səmasında gecə böyük bir atəş topu görünməsi panikaya səbəb olub. Ekspertlər bunun adi, lakin fövqəladə parlaq bir meteor olduğunu bildiriblər.
Qərb Yaponiya səmasında müşahidə olunan bu alov topu bölgə sakinlərini təəccübləndirdi. Ekspertlər hadisənin təbii meteor hadisəsi olduğunu, heç bir təhlükə və ya “yadplanetli işğalı” ilə əlaqəsi olmadığını açıqlayıb.
Yerli vaxtla saat 23:00 radələrində göydə görünən parlaq işıq topları sosial mediada çoxsaylı foto və videolarla paylaşıldı.
Miyazaki əyalətində avtomobil idarə edən Yoşihiko Hamahata NHK-yə bildirib ki, “Daha əvvəl heç görmədiyim ağ işıq yuxarıdan gəldi. O qədər parlaq idi ki, ətrafımızdakı evlərin formalarını belə seçə bilirdim. Sanki gündüz kimi idi. Bir an nə olduğunu başa düşmədim, çox təəccübləndim”.
“İnsanlar havanın titrədiyini hiss etdi”
Kaqoşimadakı Sendai Kosmik Muzeyinin rəhbəri Toşihisa Maeda hadisənin fövqəladə parlaq bir meteor olduğunu qeyd edib. “Alov topu”nun Sakit Okeana düşə biləcəyini söyləyən Maeda əlavə edib ki, “İnsanlar havanın titrədiyini hiss etdiklərini bildirdilər. Ay qədər parlaq idi”.
NASA-ya görə, bu cür “alov topu” hadisələrinə səbəb olan cisimlər bir metrdən böyük ola bilər. Atmosferdə partlayan bu göydən gələn daşlar texniki olaraq “bolid” adlanır, lakin gündəlik istifadədə adətən “alov topu” ifadəsi işlədilir.