vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
NASA xəbərdarlıq etdi 08:22 | 3 sentyabr 2025 | Çərşənbə Məqaləyə 106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NASA xəbərdarlıq etdi

“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

NASA reaktiv təyyarə böyüklüyündə olan “2025 QD8” adlı asteroidin bu gün axşam saatlarında Yer planetinin çox yaxınından keçəcəyini açıqlayıb. Alimlər obyektin Yerə toqquşma riskinin olmadığını xüsusi vurğulayıb.

Məlumata görə, uzunluğu 38 metr olan “2025 QD8” bu gün Yer kürəsinə 218 min kilometr məsafədən keçəcək. Bu, Yer ilə Ay arasındakı məsafənin yarısından bir qədər çoxdur.

Saatda 45 min kilometrdən artıq sürətlə hərəkət edən asteroid, ölçüsünə görə “şəhər qatilinə” bərabər potensiala malikdir. “London King’s College” universitetindən astrofizik Şyam Balaci bildirib: “Qlobal dağıntıya səbəb olmasa da, əhali sıx olan əraziyə düşəcəyi halda ciddi nəticələr doğura bilər.”

Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayan 18 metrlik meteorit Xirosimaya atılan atom bombasından 30 dəfə güclü zərbə dalğası yaratmış, 1500 nəfər yaralanmış, minlərlə evə ziyan dəymişdi. Alimlər “2025 QD8”in ondan daha dağıdıcı ölçüdə olduğunu bildirirlər.

NASA və Avropa Kosmik Agentliyi (ESA) isə asteroidin Yerə toqquşma ehtimalının mövcud olmadığını açıqlayıb. Astronomların sözlərinə görə, planet müdafiəsi teleskopları sayəsində asteroidlərin trayektoriyası dəqiq hesablanır. Məhz bu səbəbdən “2025 QD8” nə Yer, nə də Ay üçün təhlükə yaradır.