
Paris – Avropanın cəhənnəmi
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
ABŞ-ın Yerin təbii peykində baza qurmaq planları
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
20 vilayətdə dövlət qurumları bağlanır
Zaman haqqında mübahisəli fikirlər
Turizm mövsümündə yeni qaydaları pozanlar ciddi cərimələrlə qarşılaşacaq
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Sentyabrın 7-də Ay tutulması baş verəcək. Bu gecə göydə təsirli bir “qanlı ay” mənzərəsi izlənə biləcək.
Adətən Ayın narıncı və ya qırmızı rəngdə doğduğu gecələr belə göy görünüşü maraqlı olur. Lakin həmin gün axşam bu vizual şou daha da möhtəşəm olacaq. Ay tutulması tam tutulmuş formada yüksələcək, yəni Ayın səthi Yer kölgəsi ilə örtüləcək və qırmızı rəng alacaq. Bu xüsusi görünüş “qanlı ay” adlanır.
Tutulma zamanı Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşir. Günəş işıqları Yer kölgəsini kosmosa yönəldir və bu kölgə ilin iki dəfə Ayı əhatə edərək tutulmaya səbəb olur. Avropada tutulmanın başlanğıcı görünməyəcək. Çünki Ay tam tutulma vəziyyətində doğacaq. Buna görə ilk parçalı mərhələ müşahidə olunmayacaq.
Tutulmanın ən qaranlıq anı axşam saatlarında baş verəcək. Bu andan etibarən “qanlı ay” təsirli şəkildə izlənə biləcək. Tam tutulma 20:53-də sona çatacaq. Sonra Ay yavaş-yavaş Yer kölgəsindən çıxacaq və 21:56-da tam görünəcək. Amma Ay 22:55-ə qədər hələ də Yer yarım kölgəsində qalacaq. Bu isə az görünən, açıq boz örtü kimi əks olunacaq.
87 ölkədən milyardlarla insan izləyə biləcək
Sentyabrın 7-si tam ay tutulması dünya üzrə təxminən 87% əhali tərəfindən müşahidə oluna biləcək. Asiya, Avropa və Afrika ölkələrində milyonlarla insan bu göy hadisəsini izləyə biləcək. timeanddate.com məlumatına görə, tutulmanın tam mərhələsi 82 dəqiqə davam edəcək ki, bu da son illərin ən uzun ay tutulmalarından biri olacaq.
***
2026-cı ildə yalnız parçalı ay tutulması görünəcək, həmin il avqust 28-də baş verəcək. Daha sonrakı tam ay tutulması isə 31 dekabr 2028-də izlənəcək. 2025-ci ilin sentyabrında yalnız Yeni Zelandiya və Antarktikanın bəzi bölgələrindən görünəcək günəş tutulması baş verəcək.