
Mars dərinliyində təəccüblü kəşf
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Onu nə vaxt və harada izləmək olar?
Marsdan gələn yeni kəşf Qırmızı Planetdə həyat ehtimalına dair maraqlı əlamətlər təqdim edir. NASA açıqlayıb ki, “Perseverance” kəşfiyyat robotunun topladığı bir daş nümunəsindəki “leopar ləkələri” milyardlarla il əvvəl mikrobial həyatın izlərini daşıya bilər.
Bu tapıntı “Nature” jurnalında rəyçilərdən keçmiş bir məqalədə elmi ictimaiyyətlə paylaşılıb, lakin dəqiq təsdiq üçün əlavə araşdırmaların vacibliyi vurğulanıb.
NASA-nın vəkil Direktoru Şon Daffi (Sean Duffy), “Bir il davam edən araşdırmadan sonra başqa iz tapılmadı. Bu, Marsda indiyə qədər gördüyümüz ən aydın potensial həyat izlərindən biri ola bilər”, – deyə bildirib.
“Sapphire Canyon” adlı nümunə “Perseverance” tərəfindən “Jezero” krateri yaxınlığındakı “Neretva Vallis” çay vadisinin kənarındakı daş quruluşlarından götürülüb. Robot 2021-ci ildə qədim göl yatağını araşdırmaq üçün kraterə enmişdi.
2024-cü ilin iyul ayında “Cheyava Falls” adlı üçbucaq formasında bir daşdan götürülmüş nümunədə, kiçik qara nöqtələr “xaşxaş dənələri”, daha böyük izlər isə “leopar ləkələri” adlandırılıb. “Perseverance”ın ŞERLOK (SHERLOC) cihazı bu daşda üzvi birləşmələr aşkarlayıb. Yer kürəsində bu molekullar həyatın əsas tərkib hissələrini təşkil edir.
Daşdakı ağ kalsium sulfat damarları bir zamanlar suyun mövcudluğunu və bunun həyat üçün vacib olduğunu sübut edir. Ləkələrin ətrafında aşkarlanan dəmir və fosfat isə qədim kimyəvi reaksiyaların mikrobial həyat üçün əlverişli olduğunu göstərir.
NASA-dan Keyti Stak Morgan (Katie Stack Morgan), “Bioloji proseslərlə uyğun ola biləcək potensial bir işarənin kəşfi, 1.000-dən çox elm insanı və mühəndisin illərlə davam edən zəhməti sayəsində mümkün oldu”, – deyib.
Nümunə hələ Marsda saxlanılır və “Perseverance” tərəfindən toplanmış digər nümunələrlə birlikdə durur. NASA hələ bu nümunələri Yerə gətirməyin dəqiq yolunu müəyyən etməyib; agentlik büdcə və texnologiya məsələlərini analiz edir.
Şon Daffi, “Büdcəmizə, zamana və mövcud texnologiyaya baxırıq. Nümunələri daha sürətli necə gətirə bilərik, bunu araşdırırıq”, – deyib.