vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
Keçmiş nazirin qardaşı ofisində güllələndi 12:08 | 6 may 2026 | Çərşənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş nazirin qardaşı ofisində güllələndi

İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır

ELTON, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib. İş adamı yaralanmış halda tapılıb.

VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyada Aydın Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsinin ofisində baş verib. Dünən axşam saatlarında ofisdən silah səsi eşidildiyi bildirilir.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır yaralı vəziyyətdə tapılan Çavuşoğlu ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb və əməliyyata alınıb.

Həkimlərin verdiyi son məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Hadisədən sonra hüquq-mühafizə orqanları ərazidə geniş araşdırma aparıb, ofis və yanacaqdoldurma məntəqəsində kriminalistik baxış keçirilib. İlkin ehtimallar və hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, müxtəlif versiyalar üzərində iş aparıldığı qeyd olunur.

Antalya valisi Hulusi Şahin də xəstəxanaya gedərək yaralının vəziyyəti ilə maraqlanıb.

Məlumata görə, hadisə zamanı ölkə xaricində olan Mövlud Çavuşoğlunun Türkiyəyə qayıtması gözlənilir.

Faktla bağlı istintaq davam edir.