vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
«Bakıda mənə dedilər, aşağı düş, çaşdım…» 11:03 | 21 dekabr 2017 | Cümə axşamı Məqaləyə 3356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıda mənə dedilər, aşağı düş, çaşdım…»

Çavuşoğlu: «İlk vaxtlar bəzi sözləri anlaya bilmirdim»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və türk dillərində olan müəyyən fərqlilik əslində bizim zənginliyimizdir. «Trend»in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Azərbaycandakı səfirliyində rəsm sərgisinin açılışında deyib.

Bununla belə, nazir başına gələn maraqlı əhvalatlardan da danışıb: «İlk dəfə Azərbaycana gələndə həqiqətən də Azərbaycan dilini başa düşməyə çox çətinlik çəkirdim. Bir dəfə hoteldə olarkən mənə zəng elədilər və dedilər ki, cənab nazir, zəhmət olmasa, aşağı düşün. Mən anlamadım, çaşıb qaldım. Çünki «düşmək» bizim dildə «yıxılmaq» deməkdir. Bir dəfə də valyuta dəyişərkən mənə dedilər ki, qol çək. Öz-özümə düşündüm ki, nəyin, kimin qolunu çəkim? Buna görə də ilk vaxtlar Azərbaycan dilində bəzi sözləri anlaya bilmirdim».