vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Nazir dostuna zəng etdi 08:20 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir dostuna zəng etdi

“Çətin məqamda həmrəyliyimizi ifadə edirik”

CAVİD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

VAXT.AZ xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, telefon danışığı zamanı Mevlüt Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması haqqında danışılıb:

“Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım.

Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!” – paylaşımda qeyd olunub.