İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:16 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 110 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Asiya sessiyasında bu gün neft qiymətləri yenidən artım göstərib. Bundan əvvəlki ticarət sessiyasında qiymətlər 7%-dən çox geriləyərək 100 dolların (99,6) altına enmişdi. İnvestorlar Yaxın Şərqdə mümkün razılaşma ehtimalını və ABŞ-də açıqlanan yeni ehtiyat statistikasını qiymətləndirirlər.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 07:18-ə olan məlumata görə, “Brent” markalı neftin iyul fyuçersləri 0,9% bahalaşaraq bir barel üçün 102,14 dollara yüksəlib. “West Texas Intermediate” (WTI) markalı xam neft fyuçersləri isə 1,3% artaraq 96,24 dollar səviyyəsində ticarət olunub.
Hər iki müqavilə dünən 7%-dən çox ucuzlaşmışdı. Buna səbəb Vaşinqton və Tehran arasında razılaşmaya yaxınlaşdıqları barədə yayılan məlumatlar olub. Analitiklər hesab edirlər ki, mümkün anlaşma regiondakı gərginliyi azalda və Hörmüz boğazı üzərindən neft daşımalarının bərpasına şərait yarada bilər.
“Axios” nəşri yazıb ki, Ağ Ev İranla müharibəni dayandırmağa yönəlmiş memorandum layihəsi üzrə razılığa yaxınlaşıb. Bildirilir ki, sənəd bir səhifədən ibarət olacaq.
Məlumata görə, Vaşinqton Tehrandan 48 saat ərzində cavab gözləyir. Mənbələr danışıqların münaqişə başlayandan bəri ən yaxın mərhələyə çatdığını bildirirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü də məsələ ilə bağlı açıqlama verib. İSNA agentliyinin yaydığı məlumata əsasən, Tehran ABŞ təklifinə cavabını təqdim etməyə hazırlaşır.
Bazar iştirakçıları xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyətə həssas yanaşırlar. Çünki dünya üzrə neft ticarətinin təxminən beşdə biri məhz bu marşrut vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, ABŞ ehtiyat göstəriciləri qiymət artımını müəyyən qədər məhdudlaşdırıb. ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) açıqlayıb ki, Strateji Neft Ehtiyatları nəzərə alınmadan ölkənin kommersiya xam neft ehtiyatları mayın 1-də başa çatan həftə ərzində 2,3 milyon azalaraq 457,2 milyon barelə düşüb.
Analitiklər isə ehtiyatların daha çox — təxminən 3,4 milyon barel azalacağını proqnozlaşdırırdılar.