vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAHİBKARLIQ  
Mask rekord qırdı 11:19 | 2 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask rekord qırdı

Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Tesla”nın baş direktoru (CEO) İlon Mask ilk dəfə olaraq sərvəti 500 milyard dollara çatan şəxs olub.

“Forbes” jurnalının real vaxtda yenilənən Milyarderlər Siyahısına görə, Bakı vaxtı ilə saat 23:30-da Maskın sərvəti 500 milyard dolları ötüb. Lakin ticarət gününün sonunda onun sərvəti 499,1 milyard dollar olaraq qeydə alınıb.

Maskın sərvətindəki artım əsasən “Tesla”nın səhmlərinin yüksəlişi, süni intellekt startapı “xAI” və kosmik şirkəti “SpaceX”in dəyərinin artması ilə bağlıdır. Elektrikli avtomobil istehsalçısı “Tesla”nın səhmləri ilin əvvəlindən bəri təxminən 14% bahalaşıb.

“Forbes”un siyahısında Maskı “Oracle”ın qurucusu Larri Ellison və “Meta”nın yaradıcısı Mark Sukerberq izləyir.

Xatırladaq ki, Maskın sərvəti ilk dəfə 2020-ci ilin avqustunda 100 milyard dolları keçmiş, 2021-ci ilin yanvarında isə təxminən 190 milyard dollarla dünyanın ən varlı adamı titulunu qazanmışdı.