“Tesla” 13 min avtomobili geri çağırır
Batareyada tapılan qüsur qəza riskini artırır
07:44 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 300 dəfə baxılıb
Şriftin ölçüsü
Batareyada tapılan qüsur qəza riskini artırır
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
İlon Mask “Tesla”nın avtonom idarəetmə texnologiyasını inkişaf etdirmək üçün başladığı “Dojo” superkompüter layihəsini komandası ilə birlikdə dayandırıb. Mask əvvəlcə bu layihəni tam avtonom idarəetmə texnologiyasının hazırlanmasında kritik vasitə kimi təqdim etmişdi.
“Dojo” şirkətin öz süni intellekt infrastrukturunu qurma strategiyası çərçivəsində, avtonom idarəetmə sistemləri və “Optimus” robotu kimi layihələri dəstəkləmək üçün nəzərdə tutulmuşdu. Lakin layihə rəhbəri Piter Bannonun ayrılması və komandada böyük kadr itkisi sonrası layihə ləğv edilib.
Mask, sahibi olduğu “X” sosial media platformasında belə yazıb: “Bütün yolların AI6-ya doğru birləşdiyi aydın olduqda, “Dojo”nu bağlamaq və bəzi çətin kadr qərarları vermək məcburiyyətində qaldım, çünki ‘Dojo 2’ artıq təkamül baxımından çıxılmaz bir yol idi.”
“Tesla”, ilk “Dojo” superkompüterini istifadəyə verib “Nvidia” GPU-ları və öz istehsalı olan D1 çipləri ilə gücləndirdikdən sonra, Maskın “Dojo 2” adlandırdığı, D2 çipi ilə işləyəcək ikinci bir “Dojo” zavodu qurmağı planlaşdırırdı.
Şirkət diqqətini TSMC və “Samsung” tərəfindən istehsal olunan AI5 və AI6 çiplərinə yönəltdikcə, hazırlanan D2 çipinin də “Dojo” layihəsi ilə birlikdə dayandırıldığı məlum olub. Mask paylaşımında belə qeyd edib:
““Tesla”nın resurslarını bölüb, bir-birindən xeyli fərqli iki süni intellekt çip dizaynını genişləndirməsi məntiqli deyil. “Tesla” AI5, AI6 və sonrakı çiplər çıxarış üçün mükəmməl, təlim üçün isə ən azından çox yaxşı olacaq. Bütün səylər buna yönəlib.”
“Tesla Dojo”, “Tesla” tərəfindən kompüterləşdirilmiş görüntü işləmə və tanıma üçün hazırlanmış bir superkompüter idi. O, şirkətin maşın öyrənməsi modellərini təlim etmək və tam avtonom idarəetmə “FSD” inkişaf etmiş sürücü dəstək sistemini təkmilləşdirmək üçün istifadə olunurdu.
Layihənin planlaşdırılan ümumi büdcəsi
Mask layihəyə başlayarkən bildirmişdi ki, “Tesla Dojo” superkompüter layihəsinə 2024-cü ilin sonunadək 1 milyard ABŞ dollarından çox sərmayə yatıracaq.
“TechCrunch”a görə, “Tesla” 2024-cü ilin yanvarında “Dojo”nun Buffalo (Nyu York) “Giga” fabriki üçün 500 milyon dollar yatırım edəcəyini elan etmişdi.
“Buffalo Business First”in məlumatına görə, Tesla “Dojo” layihəsinə 314 milyon dollar xərcləyib. Əlavə olaraq, təxminən 200 milyon dollar da ayrılmış və gələcəkdə xərclənəcəyi planlanmışdı.
Beləliklə, “Dojo” layihəsi üçün “Tesla” ümumi 1 milyard ABŞ dollarından çox xərcləmə planlaşdırmış, layihənin dayandığı ana qədər isə təxminən 314 milyon dollar xərclədiyi məlum olub.