vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
Dünyanın ən zəngini, fəzanın da ən güclüsü 13:10 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın ən zəngini, fəzanın da ən güclüsü

Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“SpaceX” bazar günü 56 peykdən ibarət partiyanı uğurla orbitə buraxdıqdan sonra 10 mininci “Starlink” peykini orbitə yerləşdirdi.

Vaxt.AZ xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-kommersiya peyk izləmə təşkilatı “Celestrak”ın məlumatına görə, bu hadisədən sonra bütün aktiv peyklərin üçdə ikisinin İlon Maskın nəzarətində olduğu mənasına gəlir.

Oktyabrın 20-nə qədər aşağı Yer orbitindəki 12 955 aktiv peykin 8 562-si (66%-dən bir az çoxu) “SpaceX”in “Starlink” konstelasiyasının bir hissəsidir. 1 500 “Starlink” peyki isə ya xidmət xaricindədir, ya da orbitdən çıxıb.

“SpaceX”in üstünlüyü dünyanın ən zəngin şəxsi olan Maskın “Starlink” şəbəkəsi üzərindəki nəzarəti ilə bağlı narahatlıqlar doğurur. Mask 2023-cü ildə “Tesla”, “SpaceX” və “X” üzərindəki nəzarəti sayəsində indiyə qədər heç kimin sahib olmadığı qədər qlobal iqtisadi məlumatlara malik olduğunu iddia etmişdi.

“SpaceX”in peyk sayı baxımından ən yaxın rəqibi “OneWeb”dir ki, onun orbitdə 651 aktiv peyki var. Lakin bəzi Çin şirkətləri 2030-cu illərə qədər Yer orbitinə 10 minlərlə peyk qaldırmağı planlaşdırır.

Maskın şirkəti “Starlink” konstelasiyasını 42 min peykə çatdırmağı ümid edir. Milyarder hələ ki, 12 min peyk buraxmaq üçün icazə alıb.

Son “Starlink” buraxılışı “SpaceX”in əvvəlki illik “Falcon 9” rekordu olan 132 buraxılışını bərabərləşdirdi. Şirkətin 2025-ci ilin sonuna qədər onlarca yeni buraxılış planı var.

“Starlink” peykləri yüksək sürətli interneti Yer üzünə çatdırır, təxminən 5 il müddətinə hazırlanır, sonra isə atmosferə qayıdaraq tamamilə yanır.

Son həftələrdə sosial mediada “Starlink” qalıqlarının gecə səmasında yanmasının videoları yayımlanır. Astronom Conatan MakDovell qeyd edib ki, 2025-ci ildə hər gün təxminən 1–2 “SpaceX” peyki orbitdən çıxır.

“Harvard-Smithsonian” Astrofizika Mərkəzində çalışan MakDovell bildirib ki, “SpaceX” konstelasiyası böyüdükcə bu rəqəm gündə təxminən 5-ə yüksələ bilər.

Orbitdən çıxan peyklər yer üzündə insanlara təhlükə yaratmasa da, mütəxəssis yanmalardan əmələ gələn çirkləndiricilərin atmosferə zərər verə və qlobal istiləşməyə töhfə verə biləcəyini xəbərdarlıq edib.

“EarthSky”a danışan MakDovell, “Meqa konstelasiyalar dövründə belə bu təsirlərin həqiqətən problem yaradacaq qədər böyük olub-olmayacağı hələ məlum deyil, amma olmayacağı da dəqiq deyil”.