
Mask geri çəkilir
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
“Samsung”, “Tesla” üçün çip istehsal edəcək
“Volkswagen” liderdir, “Tesla” geriləyir
Trampla gərginliyi artdıqca Mask şirkətləri dəyər itirir
“Tesla” səhmləri ucuzlaşdı
Şirkətin 113 milyard dəyəri var
Mask: “Əgər məhsuldarlığımı artırsaydı, istifadə edərdim”
“Tesla”nın robotu indi ev işlərində kömək edir
İki texnologiya nəhənginin 3 saatda 1,1 milyarddan artıq səhmi satılıb
Dünyanın ən varlı adamı siyasi xərcləri azaldır
“Tesla” ilə bağlı dünyanı şoka salan iddia
Türk əsilli senatorun “Tesla” açıqlaması Almaniyanı qarışdırdı
Milyarderin DOGE-dəki səlahiyyət müddəti mayın 30-da başa çatır
“Optimus” istehsalına əngəl yaradan Çin qarantiya istəyir
“Tesla” inverstorları şirkət direktorunun fəaliyyətindən narazıdır
Avropada avtomobil satışları iyul ayında 5,9% artıb. Çin şirkəti “BYD”-nin bazar payındakı yüksəliş isə diqqət çəkib. Almaniyada satışlarda artım qeydə alınsa da, Böyük Britaniya, Fransa və İtaliyada azalma müşahidə olunub.
Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, Avropa Birliyi (AB), Avropa Azad Ticarət Birliyi (EFTA) və Böyük Britaniyada yeni avtomobil satışları iyulda 1,09 milyon ədədə çatıb.
Elektrikli avtomobillərin satışları artmaqda davam etsə də, satışları 40,2% azalan “Tesla” ardıcıl yeddinci ayda da bazar payı itirib. Şirkətin Çinli rəqibi “BYD” ABŞ istehsalçısını geridə qoyub.
İlk dəfə aylıq satış hesabatına daxil edilən “BYD”-nin satışları 225,3% artıb və şirkətin bazar payı iyul ayında 1,2%-ə yüksəlib. “Tesla”nın bazar payı isə ötən il 1,4% olduğu halda bu dəfə 0,8%-ə enib.
“Volkswagen”in satışları ötən illə müqayisədə 11,6%, “Renault”nun isə 8,8% artıb. “Stellantis”in satışlarında isə 1,1% azalma qeydə alınıb.
Təkcə Avropa Birliyində ümumi avtomobil satışları 7,4% artıb. Tam elektrikli avtomobil satışları 39,1%, hibrid avtomobillər (HEV) 56,9% və şarj edilə bilən hibridlər (PHEV) 14,3% yüksəlib.
ACEA məlumatına görə, iyun ayında hibrid və elektrikli avtomobillər Avropada minik avtomobili satışlarının 59,8%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 51,1% idi.
“Volkswagen” kimi Avropa avtomobil istehsalçıları Çinli şirkətlərlə rəqabət aparmaqla yanaşı, elektrikli avtomobillərin satışını təşviq edən Avropa tənzimləmələrinə uyğun şəkildə gəlir əldə edə biləcəkləri yeni təşəbbüslər üzərində işləyirlər.