
Avtomobil reytinqi dəyişdi
Almanlar gerilədi
Almanlar gerilədi
Almanların sevimli maşını müəyyənləşib
“Mercedes”, “Volkswagen” və “Audi” fırıldaqlarla bağlı xəbərdarlıq edir
“Volkswagen” və “Mercedes”dən sonra “BMW” də tənəzzüldədir
Mənfəət həddi inanılmaz dərəcədə aşağı düşüb
“Volkswagen” elektrik modelinə ciddi endirim etdi
“Moody's” “Volkswagen”in kredit göstəricilərini aşağı salıb
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
... “Volkswagen” Almaniyadakı fabrikini bağlaya bilər
Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir
Daha bir şirkət Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını tərk edir
Almaniyada elektrikli avtomobil satışlarında “Volkswagen” qrupunun payı əhəmiyyətli dərəcədə artaraq 2025-ci ilin ilk yarısında bazarın 46 faizinə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 faizlik artım deməkdir.
Vaxt.az xəbər verir ki, Almaniyanın Federal Motorlu Nəqliyyat Agentliyinin məlumatlarına əsasən, bazarda ən yaxın izləyicilər “BMW” və onun törəmə markaları – “Mini” və “Rolls-Royce” – birlikdə cəmi 11 faiz bazar payına sahibdir. Keçən il ikinci yerdə qərarlaşan “Tesla” isə ciddi şəkildə geriləyərək 3,6 faiz payla səkkizinci sıraya düşüb.
“Volkswagen” qrupunun dominantlığı yalnız ümumi satış göstəricilərində deyil, model səviyyəsində də özünü göstərir. İlk altı sıranı “Volkswagen” qrupunun modelləri tutur, birinci yerdə isə “ID.7” avtomobili qərarlaşıb. “BMW X1” yeddinci, “Tesla Model Y” isə siyahıda ancaq doqquzuncu yerdə qərarlaşıb.
Mütəxəssislər bu dəyişimi “Volkswagen” qrupunun daxili bazarda məhsul çeşidini və istehsal həcmini artırması ilə əlaqələndirir.