vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVTO  
“Volkswagen” SUV-u durdurur 08:09 | 14 avqust 2025 | Cümə axşamı Məqaləyə 144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Volkswagen” SUV-u durdurur

Azərbaycanda da məşhur olan modelin istehsalı dayandırılır

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“Volkswagen” (“VW”) ən böyük SUV modeli “Touareg”i istehsaldan çıxarmağa hazırlaşır. İngilis avtomobil portalı “Autocar”ın xəbərinə görə, üç nəsil boyu istehsal olunan model gələn il istehsalı dayandırılacaq və onun yerinə yeni model təqdim edilməyəcək.

Vaxt.az xəbər verir ki, 2002-ci ildə “Porsche Cayenne” ilə paralel olaraq inkişaf etdirilən “Touareg”, “Phaeton” ilə birlikdə “VW”nin premium seqmentdəki iddialı girişini təmsil edirdi. “Phaeton”un 2016-cı ildə istehsalının dayandırılmasından sonra, “Touareg”in 24 il ərzində səhnədən çəkilməsi bu strategiyanın tamamilə sonu anlamına gələcək.

 

Euro-7 və maliyyət təzyiqi

 

Cari nəsil “Touareg” 2018-ci ildən bəri istehsal olunur. 2027-ci ilin sonunda qüvvəyə minəcək “Euro-7” emissiya standartlarını qarşılamaq üçün tələb olunan yüksək Ar-Ge maliyyətləri, modelin davamını iqtisadi baxımdan çətinləşdirir. “VW”nin əlində daha münasib qiymətli alternativ də var: 2024-cü ildən bəri “Wolfsburg”da istehsal olunan “Tayron”. “MQB Evo” platformasını istifadə edən “Tayron”, 45.475 avroluq başlanğıc qiyməti ilə “Touareg”dən təxminən 28 min avro daha ucuzdur.

 

Tayron satışda önə keçdi

 

“Kraftfahrt-Bundesamt” məlumatlarına görə, 2025-ci ilin ilk yeddi ayında Almaniyada yalnız 3.989 “Touareg” satılmış, “Tayron”un satış rəqəmi isə 13.877-yə çatıb. 2002–2024 dövründə Almaniyada ümumilikdə 212 mindən çox “Touareg” satılıb.

“Touareg” Slovakiya, “Bratislava” zavodunda istehsal olunur. “VW”ə görə, bu zavod dünyada dörd fərqli markaya aid avtomobillərin eyni dam altında istehsal edildiyi yeganə avtomobil fabrikidir. Burada həmçinin “Audi Q7”, “Audi Q8”, “Porsche Cayenne”, “Porsche Cayenne Coupé”, “VW Passat” və “Škoda Superb” də istehsal olunur. Şirkət daxilində həmçinin “ID.5” modelinin də “Touareg” kimi istehsaldan çıxacağı, “ID.4”ün isə təzələnmiş versiya ilə istehsala davam edəcəyi müzakirə olunur.