vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DƏB  
AB-dən gel dırnaq qadağası 14:10 | 3 sentyabr 2025 | Çərşənbə Məqaləyə 100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB-dən gel dırnaq qadağası

Gözəllik salonlarında TPO maddəsi istifadə edilməyəcək

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyi (AB) bir çox gel dırnaq lakı olan və UV (ultrabənövşəyi işıq) işığı altında sərtləşməni təmin edən TPO adlı maddəni sentyabrın 1-dən tarixindən etibarən qadağan etdi.

“Trimethylbenzoyl diphenylphosphine oxide” (TPO) adlı maddənin gel və hibrit dırnaq laklarının UV işığında sərtləşməsini təmin etdiyi bildirilib. Səhiyyə Məhsulları Tənzimləmə Agentliyi (HPRA) qərarı açıqlayaraq, əvvəllər yalnız peşəkar istifadə üçün icazə verilən TPO-nun artıq heç bir formada istifadə edilə bilməyəcəyini bildirdi.

Rəsmi şəxslər qeyd ediblər ki, TPO hal-hazırda ABŞ-da sərbəstdir, Britaniyada isə 2026-cı ildən qadağan ediləcək. Avropadakı tənzimləyicilər isə heyvan üzərində aparılan təcrübələrdən əldə edilən nəticələrə diqqət çəkiblər. Mövcud istifadə səviyyələrinə baxmayaraq, insan sağlamlığı üçün birbaşa riskin olub-olmadığı hələ də tam müəyyənləşməyib. Lakin AB, potensial risklərə qarşı daha sərt tədbirlər görərək, insan üzərində aydın sübut gözləmədən, nəzəri təhlükə daşıyan maddələri qadağan edir.

Bərbərxana və gözəllik salonlarına çağırış edilib ki, məhsullarını yoxlasınlar, TPO ehtiva edənləri istifadə etməyi dayandırsınlar, düzgün şəkildə zibilə atın və yeni sifarişlərdə tədarükçülərdən TPO-suz məhsul təminatı alsınlar. Həmçinin salonların etibarlı distribütorlardan alış-veriş etməsi tövsiyə olunur. İstehlakçılara da ziyarət etdikləri salonlarda istifadə olunan dırnaq laklarının tərkibini soruşmaları məsləhət görülüb.