“Tesla” 13 min avtomobili geri çağırır
Batareyada tapılan qüsur qəza riskini artırır
12:57 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 300 dəfə baxılıb
Şriftin ölçüsü
Batareyada tapılan qüsur qəza riskini artırır
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Çin şirkəti təhlükəsizlik və batareya riskləri səbəbilə bu addımı atıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Qərb və yəhudi bankirlər, yoxsa ...
Ekspertlər siyasəti günahlandırır
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Özü dünya turuna çıxıb
2026-cı ildə kiçik elektrikli avtomobil seriyası bazara çıxacaq
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Münhen mərkəzli lüks avtomobil istehsalçısı “BMW” motorunda yaşanan nasazlıq səbəbindən dünya üzrə 1,2 milyondan çox avtomobilini geri çağırır. Bunların içində Avropada 300 mindən, ABŞ-da isə 196 mindən çox avtomobil var. Eyni zamanda Asiya və digər Avropa ölkələrindəki bəzi modellər də geri çağırma siyahısına daxil edilib.
“BMW”nin məlumatına görə, təsirlənmiş avtomobillərdə motora su daxil riski var. Bu, koroziyaya səbəb olaraq motorun işləməsini əngəlləyə bilər. Həmçinin, həddindən artıq istilik və qısa dövrə təhlükəsi mövcuddur və ən pis halda bu problem yanğına səbəb ola bilər.
“BMW” bildirir ki, yanğın riski yalnız motor işləyərkən deyil, avtomobil park halında da ortaya çıxa bilər. Buna görə sürücülərə avtomobillərini bağlı yerlərdə və ya binalara yaxın ərazilərdə park etməmələri tövsiyə olunur.
Sürücülərə dilerlər vasitəsilə xəbərdar ediləcək, çatdırılmayanlara isə avtomobil içi sistemlə bildiriş göndəriləcək. Almaniyada isə təsirlənmiş avtomobil sahiblərinə poçt vasitəsilə məktub göndəriləcək.
BMW, qlobal səviyyədə geri çağırılacaq avtomobillərin dəqiq sayını və maliyyət detalları açıqlamayıb. Şirkət geri gətirilən avtomobillərdə yalnız motoru dəyişməyəcək, bəzi modellərdə daha güclü batareyalar da quraşdırılacaq. Bu səbəbdən ümumi maliyyətin yüksək olacağı gözlənilir.
Ekspertlər qeyd edir ki, bu geri çağırma “BMW”nin təhlükəsizlik standartlarını qoruma və müştəri məmnuniyyətini artırmaq səylərinin bir hissəsidir. Avtomobil sahiblərinin rəsmi elanları və servis xidmətlərinə diqqətlə riayət etmələri vacibdir.
Son dövrdə “Opel”, “Peugeot”, “Fiat” və “Jeep” kimi digər avtomobil markaları da oxşar səbəblərlə geri çağırma qərarı almışdı.