Tramp Türkiyəyə gəlir
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
11:29 | 5 iyun 2026 | Cümə
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
İyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO-nun 36-cı Liderlər Zirvəsi ilə əlaqədar şəhər üzrə misli görünməmiş təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Ankara Valiliyinin qərarına əsasən, bir sıra rayonlarda dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırılacaq, kütləvi tədbirlər ləğv ediləcək, yollar bağlanacaq və şəhər həyatında ciddi məhdudiyyətlər yaranacaq.
Vali Yaqub Canpoladın imzası ilə aidiyyəti qurumlara göndərilən sənədə əsasən, iyulun 6-dan 12-dək Altındağ, Çankaya, Etimesqut, Gölbaşı, Keçiörən, Mamak, Pursaklar, Sincan və Yeniməhəllə rayonlarında fəaliyyət göstərən bütün dövlət qurumlarının əməkdaşları inzibati məzuniyyətə göndəriləcək.
Qərar NATO zirvəsinin keçirilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır. Bununla belə, tədbirin təşkilində iştirak edən şəxslər, eləcə də səhiyyə, təhlükəsizlik və fövqəladə hallar xidmətlərinin əməkdaşları bu məhdudiyyətdən kənarda qalacaqlar.
Valiliyin açıqlamasında bildirilib ki, həmin həftə ərzində Ankara şəhərində bütün növ imtahanlar, simpoziumlar, panellər, məzuniyyət mərasimləri, festivallar, konsertlər, əyləncə proqramları, bayram tədbirləri və digər kütləvi toplantılar qadağan ediləcək. Toy mərasimlərinin isə yalnız təhlükəsizlik qurumlarının “həssas zona”dan kənar ərazilərdə keçirilməsinə icazə veriləcək.
Tətbiq ediləcək məhdudiyyətlərin iyulun 6-da saat 06:00-da qüvvəyə minəcəyi və iyulun 12-si gecə saat 24:00-dək davam edəcəyi bildirilib.
Valiliyin açıqladığı tədbirlərlə yanaşı, zirvə günlərində Ankara boyunca çoxsaylı yolların bağlanacağı və ictimai nəqliyyatın fəaliyyətində ciddi məhdudiyyətlərin yaranacağı gözlənilir.
Türkiyə mətbuatının məlumatına görə, dövlət və hökumət başçılarının hərəkət marşrutları boyunca təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq. Bu səbəbdən paytaxt sakinlərinə zəruri olmayan səfərlərdən çəkinmək tövsiyə olunur.
NATO tarixinin ən mühüm görüşlərindən biri kimi qiymətləndirilən Ankara zirvəsi təkcə siyasi gündəmi deyil, bir həftə ərzində Türkiyə paytaxtının gündəlik həyatını da müəyyən edəcək.
NATO-nun 36-cı Liderlər Zirvəsi alyansın gələcəyi ilə bağlı müzakirələrin intensivləşdiyi, Ukrayna müharibəsinin davam etdiyi və Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin yüksək olaraq qaldığı bir dövrə təsadüf edir.
Zirvədə NATO üzvü ölkələrin liderləri ilə yanaşı, Avropa Birliyinin yüksək səviyyəli nümayəndələrinin və Ukrayna Prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi gözlənilir.
Vaşinqton bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın da zirvəyə qatılacağını rəsmən təsdiqləyib. Bu, Trampın prezidentliyi dövründə Türkiyəyə ilk səfəri olacaq.