Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
15:29 | 28 mart 2026 | Şənbə
Məqaləyə 137 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlar zamanı Körfəz ölkələrinin Vaşinqtona dəstək verdiyini, lakin NATO ölkələrinin yardım göstərmədiyini bildirib. O qeyd edib ki, belə vəziyyətdə ABŞ-nin müttəfiqlərinə yanaşması dəyişə bilər.
VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Tramp bu fikirləri Mayami şəhərində keçirilən “Future Investment Initiative (FII) Summit”dəki çıxışı zamanı səsləndirib. Körfəz ölkələrindən çoxsaylı yüksək vəzifəli şəxslərin və investorların iştirak etdiyi tədbirdə çıxış edən ABŞ prezidenti bildirib ki, bu ölkələr İran məsələsində Vaşinqtona ciddi dəstək veriblər.
Tramp çıxışında NATO ölkələrini tənqid edərək, “Həmişə deyirdim ki, biz NATO-ya kömək edirik, amma onlar bizə heç vaxt kömək etmir. Əgər böyük bir böhran baş versə, sizə zəmanət verirəm ki, onlar orada olmayacaqlar. Onlar böyük səhv etdilər, bizim yanımızda olmadılar”, – deyib.
ABŞ prezidentinin sözlərinə görə, ölkəsi hər il NATO-nun müdafiəsinə yüz milyardlarla dollar vəsait ayırır. O əlavə edib ki, əgər müttəfiqlər ABŞ-ni dəstəkləmirsə, Vaşinqtonun da onların yanında olmasının zəruri olub-olmadığı sual altına düşür.
Tramp çıxışında xüsusilə Məhəmməd bin Salman, Tamim bin Hamad Əl Tani və “United Arab Emirates” rəhbərliyinə təşəkkür edərək, bu ölkələrin İran məsələsində ABŞ-yə NATO-dan daha çox dəstək göstərdiyini bildirib.
ABŞ prezidenti İran rəhbərliyinə qarşı əməliyyatlar nəticəsində ölkədə ciddi dəyişikliklər baş verdiyini iddia edərək, hazırda kimin lider olduğunu dəqiq bilmədiklərini deyib. Çıxışı zamanı o, təsadüfən Hörmuz boğazı əvəzinə “Tramp boğazı” ifadəsini işlədib və dərhal sözlərini düzəldərək bunu zarafatla izah edib.
Tramp əlavə edib ki, ABŞ İran əleyhinə əməliyyatları müharibə deyil, hərbi əməliyyat adlandırır. Onun sözlərinə görə, əgər bu proses müharibə kimi qiymətləndirilsə, onda ABŞ Konqresindən tərəfindən rəsmi təsdiq tələb oluna bilər.
Çıxışı zamanı Tramp həmçinin növbəti mümkün hədəf kimi Kuba barədə də eyham vuraraq, “Sırada Kuba var. Amma bunu demədiyimi fərz edin” ifadəsini işlədib.
ABŞ prezidenti çıxışının sonunda bildirib ki, prezidentliyi dövründə səkkiz müharibəni dayandırdığını hesab edir və buna baxmayaraq Nobel Sülh Mükafatını almamasını qəribə saydığını qeyd edib.