Bakıdan Tiflisə qatar düz gedəcək
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
15:51 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 18 dəfə baxılıb
Şriftin ölçüsü
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili hakimiyyətin qeyri-rəsmi lideri hesab olunan Bidzina Ivanişvili haqqında sərt açıqlamalar verib.
VAXT.AZ “The Insider”ə istinadən xəbər verir ki, Zurabişvili müsahibəsində “İvanişvili xarici dərin dövlət barədə təbliğata o qədər inanıb ki, artıq öz yaxın çevrəsində belə təhlükə görür”, – deyib.
“İvanişvili ətrafındakı heç kimə etibar etmir və hesab edir ki, hamı ona qarşı nəsə planlaşdırır”, – deyə sabiq prezident vurğulayıb.
Zurabişvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti cəmiyyətdəki real narazılığın miqyasını nə aradan qaldıra, nə də düzgün qiymətləndirə bilir. O hesab edir ki, hakimiyyətin əsas qorxusu xarici təhdidlər deyil, məhz daxildə artan ictimai narazılıqdır.
Sabiq prezident bunu rejimin daxili zəifliyi adlandıraraq qeyd edib ki, hakimiyyətin yuxarı eşelonlarında qarşılıqlı etimad yoxdur və bu səbəbdən hakimiyyət getdikcə daha çox repressiv tədbirlərə əl atır.
Zurabişvili hakimiyyət dəyişikliyi ilə bağlı bir neçə ssenarinin mümkün olduğunu bildirib. Onun fikrincə, müxalifətin birləşməsi və ya hakimiyyətin özünün növbədənkənar seçkilər təyin etməsi ehtimalları var.
“Gürcü arzusu”nun hakimiyyətinin kənardan göründüyü qədər güclü olmadığını deyən sabiq prezident, cəmiyyətin isə əksinə, daha güclü olduğunu vurğulayıb.
Zurabişvili Gürcüstan üzərindən Rusiya neftinin tranziti məsələsinə də toxunub. O bildirib ki, Gürcüstan limanlarından keçən gəmilərlə bağlı konkret məlumatların yer aldığı hesabat onun uzun müddətdir mövcud olan şübhələrini təsdiqləyib.
Sabiq prezident Avropa tərəfdaşlarını da tənqid edərək, onların Gürcüstanda baş verən demokratik geriləmələrə kifayət qədər sərt reaksiya vermədiklərini bildirib.
Zurabişvili 2024-cü ildə keçirilən parlament seçkilərini “xüsusi əməliyyat” adlandırıb. Onun sözlərinə görə, seçkilər zamanı bülletenlərin saxtalaşdırılmasından tutmuş, “trol fabrikləri” və zəng mərkəzlərinin seçki kampaniyasına cəlb edilməsinədək müxtəlif manipulyasiya üsullarından istifadə olunub.
Sabiq prezident qeyd edib ki, seçkilərlə bağlı bu iddialar üzrə indiyədək hərtərəfli və müstəqil araşdırma aparılmayıb.
Zurabişvili daha əvvəl də 2024-cü il parlament seçkilərinin legitimliyini tanımadığını bəyan etmişdi. O, 29 dekabr 2024-cü ildə prezident sarayını tərk edərkən “legitimliyi özümlə aparıram” ifadəsini işlətmişdi. Hakim “Gürcü arzusu” partiyası isə seçkilərdən sonra prezidentin seçilməsi mexanizmini dəyişərək bu səlahiyyəti seçicilər kollegiyasına verib.