... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
10:11 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 353 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Avropa Birliyinin Səmərqənd sammitində Şərq-Qərb nəqliyyat yollarına maraq göstərməsi Ermənistanda ciddi əks-səda doğurdu. Bu rezonansın əsas səbəbi Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin çıxışı oldu. O, açıq şəkildə bildirdi ki, AB-nin planlarında Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə sərhədlərinin açılması xüsusi yer tutur.
Bu bəyanat bir il əvvəl “Tiflis-İrəvan oxu” haqqında böyük iddialarla danışanlar üçün sərt reallıq effekti yaratdı. Regionda yeni siyasi tandem qurmaqdan danışan İrəvan, ilk fürsətdə Gürcüstanı kölgədə qoyaraq, özünü AB-nin bölgədəki əsas tərəfdaşı kimi təqdim etməyə çalışdı.
Ən diqqətçəkən məqamlardan biri isə Ursula von der Leyenin Gürcüstanın adını ümumiyyətlə çəkməməsi oldu. Halbuki, regionda enerji və kommunikasiya layihələrinin əsas aparıcı qüvvəsi uzun illərdir məhz Gürcüstan və Azərbaycandır. Ermənistanda isə bunu fürsət bilib, AB-nin diqqətinin İrəvana yönələcəyinə ümid etməyə başladılar – hətta Gürcüstanın maraqları bahasına olsa belə.
Ermənistanın bu mövqeyi bununla da bitmir. Rusiya işğalı altındakı Abxaziyada keçirilən qanunsuz “seçkilər”ə İrəvanın susqunluğu Gürcüstanın ərazi bütövlüyünə münasibətdə ziddiyyətli münasibəti göstərdi. Regional həmrəylik harada qaldı? Görünür, Moskva ilə münasibətləri korlamamaq üçün səssiz qalmağa üstünlük verilir.
Məsələ yalnız Ermənistanın dəyişkən mövqeyi ilə bitmir. AB-nin ikili standartları da aydın şəkildə ortadadır. Vaxtilə Gürcüstanın suverenliyini müdafiə etdiyini deyən Brüssel, indi situasiyaya uyğun mövqe tutur.
Azərbaycan Prezidenti isə məsələyə aydınlıq gətirdi: bölgədəki proseslərə Brüssel deyil, region özü yön verəcək. Real coğrafiya və infrastruktur nəzərə alınmadan plan qurmaq qeyri-mümkündür. Ursula von der Leyen nə Musa peyğəmbərdir, nə də Qara dənizi iki yerə ayıracaq əsaya sahibdir. AB istəsə də, istəməsə də Bakını nəzərə almaq məcburiyyətindədir.
Ermənistan isə bir daha coğrafi reallıqla hesablaşmaq əvəzinə, gah Rusiyanın, gah da Avropanın oyunlarının içində yer almağa davam edir. Beləliklə də, qonşuların maraqlarına zidd siyasətin icraçısına çevrilir.
Bu mənzərədə Azərbaycanın Gürcüstan vasitəsilə irəli sürdüyü etimad quruculuğu təşəbbüsü xüsusi önəm daşıyır. Bakı bu yolla İrəvanı regional əməkdaşlığa qayıtmağa və mövcud reallıqlarla barışmağa çağırır. Bu, təzyiq deyil – bir fürsətdir. Ermənistan ya regionun ritmini tutacaq, ya da yenə də geridə qalacaq.