
Trampdan Makrona sərt sözlər
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Fransada hər 3 dəqiqədə bir uşaq zorlanır və ya cinsi istismar edilir
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransada Makronun iflasa uğramış siyasəti – o cümlədən Cənubi Qafqaz və xüsusilə Azərbaycanla bağlı həqiqətləri deməyə cürət edənlərə qarşı əsl siyasi repressiyalar başlayıb.
Tanınmış fransız jurnalist, publisist və “La Gazette du Caucase” nəşrinin baş redaktoru Jan-Mişel Brün özünün müstəqil mövqeyinə görə siyasi təqibə məruz qaldığını bildirib. Brün deyir ki, BƏƏ-dən Parisə qayıdarkən saxlanılıb və dindirilərək “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınıb.
“Adi bir səfərdən – Birləşmiş Ərəb Əmirliklərindən qayıdarkən Paris hava limanında şokedici prosedura ilə qarşılaşdım. Sərhəd nəzarəti üçün nəzərdə tutulan avtomatik keçidlər israrla məni buraxmaqdan imtina etdi və məni Sərhəd Polisi xidmətinə yönləndirdilər. Polis məni 45 dəqiqə dindirdi, sənədlərimi – o cümlədən Azərbaycan vizasını diqqətlə yoxladıqdan sonra mənə məlumat verdilər ki, Fransa hakimiyyətinin “milli təhlükəsizlik üçün potensial təhlükə” hesab etdiyi şəxslərin “S siyahısına” daxil edilmişəm. Niyə? Səbəb nədir? Mən dəfələrlə Azərbaycanda olmuşam, multikulturalizm mövzusunda keçirilən konfranslarda iştirak etmişəm, ölkənin öz torpaqlarını müdafiə etmək suveren hüququnu dəstəkləmişəm, müsəlmanlara qarşı ayrı-seçkiliyə qarşı çıxmışam və Qərbin yeni müstəmləkəçi ambisiyalarını açıq şəkildə ifşa edən kitablar yazmışam”, – deyə Brün qeyd edir.
Bundan əlavə, Paris hakimiyyətinin versiyasına görə onun “dəhşətli cinayəti” – Azərbaycan Prezidenti İlham Əliyevin əlini sıxmaq olub.
Əslində, Fransada artıq fərqli düşüncəyə görə, həqiqətə görə, müstəqil jurnalistikaya görə cəza verilir.
Brün vurğulayır ki, Paris hakimiyyəti üçün indi Azərbaycanla hər hansı əməkdaşlıq xəyanət kimi qəbul olunur — xüsusilə erməni lobbi dairələrinin aktiv təzyiqi fonunda.
“Məni təkcə rəsmi təbliğatla razılaşmadığım, cəsarətlə dediyim sözə görə — Azərbaycan təcavüzkar deyil, qurban ölkədir — terrorçu kimi damğaladılar. Və bu təkcə mənimlə məhdudlaşmır. Azərbaycana və Cənubi Qafqaz həqiqətlərinə sahib çıxan jurnalistlər, akademiklər, ictimai xadimlər təzyiqlərə, axtarışlara, dindirmələrə, təhdidlərə məruz qalır. Makronun Fransası fikir azadlığının yavaş-yavaş mənasını itirdiyi ölkəyə çevrilir. Təşəkkür edirəm, cənab Darmanən və Retayo, bu “təqdim” üçün — siz istəmədən məni fikir azadlığının simvoluna çevirdiniz”.
Fransa artıq elə bir ölkəyə çevrilir ki, jurnalistlər, rəsmi partiya xəttini şübhə altına alırlarsa, terrorçu kimi təqib olunurlar, – deyə jurnalist vurğulayıb.
“Bütün bunlar – 2017-ci ildə söz azadlığının, demokratiyanın və milli birliyin zəmanəti olacağına and içmiş prezident Makronun rəhbərliyi altında baş verir. Bu obraz artıq tamamilə məhv olub – Fransaya indi Şərqdən gələn həqiqətdən qorxanlar rəhbərlik edir. Fransada söz azadlığı ölüb. Lobbilərin təzyiqinə və alternativ fikirdən qaynaqlanan panikaya boyun əyən hakimiyyət ölkəsini polis dövlətinə çevirir”.