Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
07:57 | 7 may 2025 | Çərşənbə
Məqaləyə 151 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
2025-ci il 30 iyun – postsovet məkanında miqrasiya münasibətlərinin tarixində qara hərflərlə yazılacaq bir gündür.
Məhz bu tarixdən başlayaraq, Rusiya Federasiyası bütün xarici vətəndaşlara – istisnasız olaraq, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı sərhədləri inzibati və texnoloji filtrlərlə bağlamağa qərar verdi.
Artıq Rusiya torpağına ayaq basmaq istəyən istənilən şəxs, planlaşdırdığı səfərdən ən azı 72 saat əvvəl elektron sistem vasitəsilə Moskvanın icazəsini almalıdır.
Əks halda, ölkəyə giriş qadağandır. Hətta vizaya sahib olmaq da sizi xilas etməyəcək.
Bu qayda Azərbaycan cəmiyyətində – xüsusilə miqrantlar, tələbələr, biznesmenlər və diaspor üzvləri arasında - təkcə çaşqınlıq deyil, həm də sistemli diskriminasiya narahatlığı doğurur.
Yeni rejimin hüquqi əsası 2025-ci ilin yazında Dövlət Duması tərəfindən qəbul edilmiş və "Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında" №114-FZ saylı Federal Qanunun yenilənmiş versiyasıdır. Formal baxışda — bu, milli təhlükəsizliyi təmin etmək məqsədi ilə aparılan qanuni islahatlardır. Əslində isə - bu, çoxmillətli Rusiya obrazını ideoloji olaraq bağlayan, seçici nəzarət rejimini tətbiq edən və keçmiş sovet respublikalarına qarşı təzyiq alətinə çevrilən bir mexanizmdir.
Yeni sistemin əsasında aşağıdakı prinsip dayanır: “Əvvəlcədən icazə almamısansa - sən bu ölkəyə gələ bilməzsən.” Bu, təkcə vizalı rejim ölkələrinə deyil, Azərbaycan kimi vizasız rejimlə Rusiyaya gedə bilən ölkələrə də tətbiq olunur.
Nə etməli?
Ən azı 72 saat əvvəl onlayn platformaya daxil olub, elektron anket doldurmaq.
Pasport məlumatları, əlaqə vasitələri, səfərin məqsədi, qalınacaq ünvan və digər şəxsi məlumatları təqdim etmək.
Bu məlumatlar DİN, FTX və Gömrük Xidməti tərəfindən avtomatik yoxlanılır.
Yoxlama nəticəsində müsbət cavab verilərsə, fərdi kod göndərilir - bu kod yoxdursa, giriş mümkün deyil.
Rədd cavabı gələrsə - heç kim sizə səbəb izah etməyəcək. Sizi geri qaytaracaqlar. Uçuş şirkəti isə sizi reysdən kənarlaşdırmalı olacaq.
Rusiya DİN-i və Təhlükəsizlik Şurası bu qərarın məqsədini "suverenliyin qorunması və qeyri-qanuni miqrasiyanın qarşısının alınması" ilə izah edir. Amma əslində, bu tədbirlər:
Rusiyaya gəlişi birbaşa seçici nəzarət altına alır;
Rusiya üçün "arzuolunmaz" hesab edilən QHT-lər, diaspor liderləri, jurnalistlər, dini və siyasi fiqurlar rəsmən deyil, rəqəmsal sistem vasitəsilə diskriminasiya olunur;
İşçi qüvvəsinin hərəkətini məhdudlaşdıraraq, əmək bazarının siyasi alətə çevrilməsi üçün zəmin yaradır;
Rusiya hökumətinə “istənilən şəxsi” heç bir hüquqi əsas olmadan sükutla rədd etməyə imkan verir.
Bu sistem yalnız kağız üzərində yox, bütün dövlət infrastrukturuna birləşdirilib:
Operatorlar: DİN - məlumat yığımı; FTX - təhlükəsizlik; XİN - vizalı ölkələr üzrə.
İnteqrasiya: "Mir", "Gosuslugi", "Sərhəd", BİŞŞ və digər rəqəmsal dövlət sistemləri.
İdentifikasiya: Biometrik məlumatlar, elektron imza, yeni pasport formaları.
Yoxlama mexanizmi: kod yoxdursa - giriş sistemi avtomatik şəkildə bloklanacaq. Heç bir istisna yoxdur.
Azərbaycan vətəndaşları üçün real təhlükələr: Kimlər təsirlənəcək
1. Əmək miqrantları
Əvvəllər sərhəddə pasportla daxil olub yerində qeydiyyat edirdilər. İndi 72 saat əvvəl ərizə verməsələr – rədd cavabı.
Elektron sistemlərə çıxışı olmayan yüz minlərlə kənd sakini, fəhlə və kasıb ailə üzvü tamamilə təcrid olunacaq.
Miqrant axını azalacaq, amma bunun əvəzini sahibkarlar və bazar iqtisadiyyatı ödəyəcək.
2. Tələbələr
Universitetdən dəvət məktubu olsa belə - əvvəlcədən xəbərdarlıq verilməyibsə - Rusiyaya daxil ola bilməyəcəklər.
Texniki səhv, dil bilməmək və ya sistemin nasazlığı - semestrin, təhsilin, gələcəyin itməsi deməkdir.
Universitetlərdə əlavə bürokratik yük - qeyri-məqbul nəticələr.
3. Diaspor nümayəndələri
Qohum toyu, yas mərasimi, xəstə ziyarəti - artıq bunlar “əlçatmaz lüksə” çevrilir.
Yaşlı nəsil - internet və texnologiyadan xəbərsiz olan insanlar - Rusiya ilə fiziki deyil, mənəvi bağlarını da itirəcəklər.
4. Biznesmenlər
Hər səfər - yeni xəbərdarlıq. Hər xəbərdarlıq - risk.
Kod verilməsə, müqavilə bağlana bilməz, danışıqlar pozular, təchizat gecikər.
Sərhədin siyasətə çevrildiyi bir dövrdə ticarət fəaliyyəti daha çox risk, daha az perspektiv deməkdir.
5. Turistlər və tranzit sərnişinlər
Hava limanından sadə tranzit belə - kodla mümkündür.
Alternativ marşrutlar - Gürcüstan, Belarus, Türkiyə - daha real və sərfəli görünəcək.
Rusiya turizmi öz əli ilə özünü boğur.
Bu sistemin real mahiyyəti aşağıdakılardır:
Hüquqi zülm: səbəb göstərilmədən rədd hüququ hüququn və şəffaflığın sonudur.
Rəqəmsal diskriminasiya: texniki imkanları olmayan insanlar sistemin kənarında qalacaq.
Korrupsiya riski: “tez kod” alveri, fırıldaqçılıq, vasitəçi şəbəkələrin genişlənməsi.
Daşıyıcılara təzyiq: hava yolları sərnişini yoxlamasa, özü məsuliyyət daşıyır.
Hələ də cavabsız qalan suallar:
Diplomatik və xidmət pasportlulara şamil ediləcəkmi?
Aİİ və MDB ölkələri üçün güzəştli rejim olacaqmı?
Təcili hallar üçün fövqəladə mexanizm hazırlanırmı?
Rədd qərarına qarşı hüquqi prosedur varmı?
Texniki dəstək hansı dillərdə və necə işləyəcək?