
Tac-Mahalın sökəcək qədər türk nifrəti
Asiyadakı iki düşməndən biri Hindistan, dünyada ən sadiq dostlarımızdan biri Pakistan
Asiyadakı iki düşməndən biri Hindistan, dünyada ən sadiq dostlarımızdan biri Pakistan
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
Hindistan-Pakistan gərginliyində hansı ssenarilər ola bilər?
Hindistanın hərbi əməliyyata qoyduğu “Sindoor” nə deməkdir?
5 nəfər öldü, 2 nəfər yaralanıb
Pakistan-Hindistan savaşında kölgə oyunçular
Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
Pakistan nüvə müharibəsi barədə xəbərdarlıq edir
Çin-Pakistan bloku getdikcə daha strateji mövqeyə gəlir
... Yaxud “Narahat olduq”dan o yana keçməyən bəyanatlar
Hindistan-Pakistan münaqişəsi və nüvə təhlükəsi
Hindistan 300 illik əsarətin təsirindən çıxmayıb
Hindistan-Pakistan toqquşmalarının üzə çıxardığı “qara nöqtələr”
Hindistan Pakistan müharibəsini 6 il əvvəl sətir-sətir yazmışdılar
İslamabad hücumu qorxaq adlandırdı və düşmənin 5 təyyarəsini yerə saldı
Hindistan və Pakistan arasında son illərin ən böyük hərbi eskalasiyası
Hindistan tərəfindən həyata keçirilmiş bir sıra təxribatçı addımlar – o cümlədən Kəşmirdə ərazilərin atəşə tutulması və Nəzarət Xətti boyunca zirehli texnikanın hərəkəti – fonunda Pakistan Silahlı Qüvvələri genişmiqyaslı və koordinasiyalı cavab zərbəsi endirib. Əməliyyat 2025-ci il mayın 10-na keçən gecə baş tutub və Hindistanın beş ştatında yerləşən hərbi infrastruktur obyektlərini əhatə edib. Zərbələr qanadlı raketlər və yüksək dəqiqlikli kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.
Təsdiqlənmiş hədəflər və dağıntıların miqyası:
Beas (Pəncab ştatı)
“BrahMos” taktiki raketlərinin saxlanması üçün nəzərdə tutulmuş yeraltı anbar tamamilə məhv edilib. Peyk görüntüləri konstruksiyaların çökməsini və ardıcıl partlayışları təsdiqləyir. Hindistan hələlik itkilərlə bağlı şərh verməyib.
Udhamur Hava Bazası (Cammu və Kəşmir)
Orta mənzilli “Akash” Hava Hücumundan Müdafiə sistemlərinə birbaşa zərbə endirilib. Aerodromda anqar zonasının yanması qeydə alınıb. Müstəqil mənbələrə əsasən, ən azı iki ədəd ALH Dhruv helikopteri sıradan çıxıb.
Pathankot
Uçuş-enmə zolağına endirilmiş zərbə aerodromun cənub hissəsini sıradan çıxarıb. İlkin məlumatlara görə, uçuşlar 48 saatlıq dayandırılıb.
Calandhar (Hərbi hava bazası)
“Yer-yer” sinifli raket zərbəsi. İnfrastrukturda orta səviyyəli dağıntılar qeydə alınıb. Rəsmi olaraq, personalın müvəqqəti təxliyəsi elan edilib.
Qucarat
Bhuj və Camnagar ərazilərindəki obyektlərə raket zərbələri endirilib. Sursat anbarları və HHM sahələri hədəfə alınıb. İkinci dərəcəli partlayışlara dair videogörüntülər mövcuddur.
Hisar rayonu (Haryana ştatı)
Pakistan raketlərindən biri “Barak-8” sistemi tərəfindən vurulub, digəri isə kursdan yayınaraq hədəfə çatmayıb. Dəlidəki hədəflərə endirilmiş zərbələr əsasən dəf edilsə də, gərginlik davam edir. Hindistanın HHM qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Racastan (Barmer və Caysalmer)
Qoşunların yerləşdiyi cəbhə xəttindəki logistik obyektlər və komanda məntəqələri hədəfə alınıb. Dağıntı səviyyəsi dəqiqləşdirilir. Mayın 10-na olan məlumata əsasən, Hindistan bölmələri arasında radioəlaqədə fasilələr müşahidə olunur.
Şrinagar Hava Bazası
Zərbə döyüş təyyarələrinin dayanacağına endirilib. Qeyri-rəsmi məlumatlara görə, iki ədəd Su-30MKI qırıcı təyyarəsi sıradan çıxıb. Texniki heyət arasında təsdiqlənmiş tələfat var.
Çandigarh
Böyük həcmdə artilleriya sursatı və kaset mərmiləri saxlanılan arsenal məhv edilib. Ərazidə yanğınlar müşahidə olunub, yaxınlıqdakı yaşayış məhəllələri təxliyə edilib.
Ümumi nəticələr:
2025-ci il mayın 10-na olan vəziyyətə görə, Pakistan Hindistanın hərbi obyektlərinə 20-dən çox zərbə endirildiyini rəsmi şəkildə bəyan edib. Hindistan tərəfi “bəzi insidentləri” təsdiqləsə də, geniş məlumat yaymaqdan yayınır. Şimali Hindistanın bütün ərazisində yüksək hazırlıq rejimi elan olunub, bir neçə bölgədə aviareyslər ləğv edilib, mobil rabitə qismən kəsilib.
Hindistanın hərbi kabineti təcili iclas çağırır. Yeni Dehlinin növbəti münaqişə mərhələsinə – o cümlədən Hərbi Dəniz Qüvvələrinin Kəraçi sahillərinə göndərilməsinə hazırlaşdığı istisna olunmur.