ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
07:57 | 8 may 2025 | Cümə axşamı
Məqaləyə 243 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
Pakistan xalqı, 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən milli silahlı qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır.
“Geo TV” kanalının məlumatına görə, bu sözləri Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif ölkənin Milli Məclisində (parlamentin aşağı palatası) çıxışı zamanı səsləndirib.
“Keçən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu, Kəşmir, Bahavalpur, Şakargarx və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş (Hindistan Hərbi Hava Qüvvələrinə məxsus) təyyarəni, o cümlədən üç Rafale qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, – deyə Şərifin sözlərini kanal sitat gətirib.
Şərif əlavə edib ki, “Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi”.
“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu, onların gecələr rahat yatmasına imkan vermir. Bizim silahlı qüvvələr döyüşlərlə bərkiyib”, – deyə Pakistanın baş naziri bildirib və əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib.
Şərifin sözlərinə görə, Pakistan xalqı “bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki silahlı qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər”. O həmçinin vurğulayıb ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi.