Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:44 | 29 iyun 2025 | Bazar
Məqaləyə 277 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Yekaterinburqda baş vermiş vəhşi cinayətdən iki gün keçməsinə baxmayaraq, Kreml hələ də bir kəlmə belə açıqlama verməyib. Nə başsağlığı var, nə hadisənin izahı, nə də ki, istintaq vədi. Bu dərin susqunluq əslində ən sərt mesajdır. Aydın görünür ki, azərbaycanlılara qarşı qızışdırılan ksenofob hücumların, ölkə miqyasında zorakılıq və təqiblərin arxasında birbaşa Vladimir Putinin özü dayanır.
Bu baş verənlər təsadüfi hadisələr deyil – bu, planlı şəkildə qurulmuş strategiyadır.
AZAL təyyarəsində sərnişinlərin alçaldılması, özbək və qırğız miqrantlara qarşı nümayişkaranə təhqirlər, azərbaycanlılara qarşı reydlər – bunların hamısı eyni zəncirin həlqələridir. Putin illərdir “müttəfiq” adlandırdığı xalqları əslində necə xor gördüyünü gizlətmədən sistemli şəkildə əzir. Ukrayna, Moldova, Qazaxıstan, Gürcüstan – hər biri müxtəlif illərdə “qardaş Rusiya” ilə qonşuluğun nə demək olduğunu acı təcrübə ilə yaşayıb.
Amma Ukrayna bu siyasətin əsas hədəfinə çevrilib. 2022-ci ildə başlayan işğal Rusiyanın üzündəki son maskanı da qopardı: Buça, Mariupol, İrpen, İzyum – bu adlar “rus dünyası”nın tanklarla gəldiyi yerdə nəyə çevrildiyini bütün dünyaya göstərdi. Əl-ayağı bağlanıb qətlə yetirilmiş, güllələnmiş, zorlanmış mülki insanlar – bunlar təsadüfi faciə deyil, dövlət səviyyəsində planlaşdırılmış terror maşınının məhsuludur.
Putin SSRİ-ni qaytarmaq xülyası ilə yaşayır, amma yaratdığı nəsə bərpa olunmuş imperiya deyil — bu, onun eybəcər bir karikaturasından başqa bir şey deyil. Bu “imperiyada” nə ideallar var, nə ədalət, nə də insan həyatına hörmət. Orada yalnız qorxu, təhqir və rəzil zorakılıq hökm sürür.
Məhz bu gün Putinin idarə etdiyi Rusiya bütün postsovet məkanında xaos və şovinizmin qaynağına çevrilib. O, region xalqları arasında qalan son etimad tellərini də qıraraq, nifrət və düşmənçilik toxumu səpir. Çünki yalnız parçalanmış, bir-birinə inanmayan toplumlar üzərində əbədi hökmranlıq etmək mümkündür. Və Rusiya cəmiyyətində şovinizmin bu rejimi qidalandırdığını anlamayanadək, postsovet məkanında sabitlik yalnız bir illüziya olaraq qalacaq.