Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
21:09 | 7 may 2025 | Çərşənbə
Məqaləyə 261 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
2025-ci ilin yanvarında Donald Trampın Ağ Evə qayıdışı yeni xarici siyasət kursu, daxili idarəetmədə sərtləşmə və daha önəmlisi – görünməz, lakin köklü dini-mədəni transformasiya artıq gerçəkləşməkdədir. Bu transformasiyanın mərkəzində isə sürətlə yüksələn hindus elementi dayanır.
ABŞ-ın vitse-prezidenti – Ceyms Devid (J.D.) Vens. Əvvəldən tipik amerikalı mühafizəkar kimi təqdim edilirdi: “Hillbilli elegiyası” kitabının müəllifi, keçmiş dəniz piyadası, katolik. Lakin Venslə bağlı əsas məqamlardan biri budur ki, məzkur şəxsin həyat yoldaşı Uşa Çillukuri Vens – hindus əsillidir. Yel Universitetinin hüquq fakültəsini bitirmiş, peşəkar hüquqşünas və eyni zamanda ailədə dərin mənəvi və mədəni təsiri olan bir fiqurdur. Cütlüyün üç övladı var və onların ailəsində hind mədəniyyəti gündəlik həyatın təməl qatına çevrilib. Uşa təkcə ailə başçısının yoldaşı deyil – o, hüquq, etik dəyərlər və ictimai kommunikasiya məsələlərində onun fikirlərini formalaşdıran mühüm intellektual tərəfdaşdır.
Federal Təhqiqat Bürosunun (FBI) direktoru - Kaş Patel. Trampın yaxın çevrəsində tanınmış şəxs, keçmiş milli təhlükəsizlik müşaviri, ilk hind mənşəli şəxs kimi ABŞ-ın ən nüfuzlu güc strukturlarından birinə rəhbərlik edir. Onun təyinatı göstərir ki, artıq hind diasporası yalnız texnologiya sahəsində deyil, həm də təhlükəsizlik, kəşfiyyat və güc institutlarında yerini tutmağa başlayıb.
Milli Kəşfiyyat İdarəsinin rəhbəri – Tulsi Qabbard. ABŞ ordusunun veteranı, sabiq konqresvumen, və ən diqqətçəkən məqam – o, vayşnavizmə inanan hinduizmin davamçısıdır. Hindus mənşəli olmasa da, onun dini və mənəvi həyatının mərkəzində Krişna inancı dayanır. Qabbardın mənəvi müəllimi – ISKCON-un banisi, məşhur hindus mütəfəkkir Bhaktivedanta Svami Prabhupadadır.
ABŞ elitası artıq klassik protestant dəyərləri ilə identik deyil. Yeni nəsil formalaşır - hindus ruhuna söykənən, strukturlaşdırılmış, intizamlı və sakral dövlət düşüncəsinə malik mühafizəkar elit.
Və bu mənzərədə fərdi din kifayət etmir – ailə, mədəni çevrə və mənəvi düşüncə tərzi əsas rol oynayır. Ceyms Vensin hindus mənşəli xanımı ilə evliliyi artıq simvolik anlam daşıyır: ABŞ tarixində ilk dəfə olaraq vitse-prezidentin ailəsi hindus mədəni mühitində formalaşır. Onların evində katolik ənənələri ilə yanaşı, hind ritualları da yaşadılır. Onların övladları həm Qərb, həm də Şərq dəyərləri ilə böyüyür.
Bu isə yeni modelin əsasını qoyur – “hindus-mühafizəkar” Amerika elitası.
Xatırladım ki, hazırda Hindistan və İsrail strateji tərəfdaşlardır. Kəşfiyyat, müdafiə və texnologiya sahələrində əməkdaşlıq güclüdür. Amma ABŞ-ın yeni siyasi reallığında bu yaxınlıq ideoloji təftişə məruz qala bilər.
Vayşnavizm – vahid tanrıya inam, kast sisteminin qəbul edilməsi, milli kimliyin sakrallaşdırılması kimi prinsiplərə əsaslanır. O, Qərb dünyasının sekulyar və liberal dəyərlərinə alternativ təqdim edir. Əgər bu dini ideologiya model Amerikanın güc strukturlarına kök salsa, daha öncə “toxunulmaz” sayılan ittifaqlar ikinci plana keçə bilər.
Bunun nəticəsində ABŞ-da yəhudi lobbisinin büdcə, siyasət və geosiyasi təsir sahələrindən sıxışdırılması ehtimalı güclənir. İsrail indi olduğu kimi, Hindistanla sıx əlaqələri davam etdirərək Birləşmiş Ştatların siyasi-hakimiyyət elitasında genişlənən hinus təsirinə laqeyd qalarsa, ABŞ-dakı yəhudi icmasının mövqeləri zəifləyə bilər. Təbii, bu proses ani yox, mərhələli şəkildə baş verəcək - lakin siyasi yükün boşaldılması artıq hiss olunur.
Trampın ikinci prezidentliyi sadəcə respublikaçı revanşı deyil. Bu, siyasi identikliyin yenidən qurulmasıdır. İndi güc strukturlarında yer alan fiqurlar təkcə ABŞ-ın daxili gücünü deyil, həm də Şərqə doğru yönələn sivilizasiya xəttini təmsil edirlər.
Bu dəyişimin mərkəzində isə hindus ailə modeli, vayşnav etikası və yeni elit formalaşması da var.
Amerika dəyişir. Və bu dəyişikliklərdə hinduizmin, xüsusilə vaynşnavizmin ritmləri duyulur.