
İrana qarşı “Snapback” mexanizmi gündəmdə
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
“Deportasiya qoxusunu sevirəm”
İranın Azərbaycana qarşı siyasəti
Bir həftə əvvəl belə qeyri-mümkün görünən hadisə gerçəkləşdi: bir-birinə qarşı irrasional nifrəti illərlə qızışdıran İran və İsrail – formal olaraq silahları susdurdu. İran mediası təsdiqlədi: atəşkəs rejimi qüvvəyə minib, sonuncu raket buraxılışı Bakı vaxtı ilə səhər saat 8-dən əvvəl baş verib. Rəsmi Təl-Əviv isə susur. Və bu sükut - bəlkə də, bütün bəyanatlardan daha gurultuludur.
Ancaq bu fasilədə, Yaxın Şərqdə baş verən hər fasilədə olduğu kimi, sülh yoxdur. Sadəcə nəfəs dərməkdir bu. Burada reallıq təkcə geosiyasi deyil. Heydər Camalın üslubunda desək, bu - həm də metafizik müstəvidə baş verən qarşıdurmadır. Məsələ təkcə dövlətlər arasında deyil, zamanın ruhu ilə tarixdən kənar idrakın toqquşmasıdır.
İsrail niyə dayandı. İsrail bu savaşda hərbi cəhətdən ustalıqla hərəkət etdi. İrana qarşı həyata keçirilən sürətli, miqyaslı hava əməliyyatı nüvə infrastrukturunu illərlə geri atdı. Ancaq taktiki uğura baxmayaraq, strateji baxımdan İsrail bir həddə çatdı. Zərbələr Tehran rejiminin ideoloji dirənişini qıra bilmədi.
Keçilməz olan İranın hava hücumundan müdafiə sistemi deyil, onun şəhidlik fəlsəfəsinə əsaslanan dünya təsəvvürüdür. İsrail anlayır ki, növbəti mərhələ ya işğaldır, ya da total nüvə müharibəsi. Və bu iki variant da – istənilən demokratik sistem üçün, hətta ən sərt sağçı hakimiyyət üçün – qəbuledilməzdir.
İran nəyi anladı. Tehran bu qarşıdurmada sübut etdi: müasir dünyada yalnız komfort deyil, fəda və mənəvi qətiyyət üzərində qurulmuş mədəniyyətlər dözümlü ola bilər. İranlılar İsrailin hücumlarını qorxu ilə deyil, qiyamətə xas səbrlə qarşıladılar. Bir sıra obyektlər itirildi, amma rejim çökdü? Xeyr. Əksinə, Tel-Əvivi mərkəzindən vuraraq “məğlubedilməz İsrail” mifini dağıtdı.
Ancaq daha da irəliləmək fəlakət demək olardı. Ölkə daxilində sosial təbəddülatlar artır, iqtisadi sistem gərginlik içindədir, Çin və Rusiya isə artıq vasitəçilik oyunundan yorulub. Tehran buna görə dayandı. Çünki bəzi hallarda zərbədən imtina - daha təsirli bir zərbədir. Camal bunu belə izah edərdi: “Şərqdə susqunluq səsdən daha sarsıdıcıdır”.
ABŞ niyə belə davrandı. Formal olaraq ABŞ bu savaşda neytral mövqe tutdu. Əslində isə onun izi hər yerdə idi. İsrailə açıq strateji dəstək, ərəb monarxiyaları ilə səssiz koordinasiya, Tramp administrasiyasının nümayişkaranə susqunluğu - bütün bunlar müharibənin baş verməsinə və sonra da məhdud çərçivədə dayanmasına imkan yaratdı.
Ağ Ev indi atəşkəsin qarantı kimi görünməyə çalışacaq. Amma bu sülh deyil - bu, balanslaşdırılmış gərginlikdir. ABŞ imperiya olaraq yekunlara yox, proseslərə üstünlük verir. Proses isə - davam etməlidir.
Atəşkəs, yoxsa fırtınadan əvvəlki sükut? Əslində bu atəşkəs, yalnız müvəqqəti nəfəsdir. Burada həll yoxdur, yalnız dövrlər var. Şiə məntiqində olduğu kimi: təkrarlanan fəlakət, qanlı mərasim, hər pauzanın arxasında yeni faciə.
Yeni qarşıdurma qaçılmazdır. Suallar yalnız bunlardır: harada və nə formada?
Yəməndə husi vasitəsilə dolayı revanş;
Suriyada İranın “üçüncü tərəf” vasitəsilə Tel-Əvivi tələyə salma cəhdi;
Kiberhücumlar – partlayışsız, lakin qlobal təsirli hücumlar.
Sonu olmayan qarşıdurma. Müasir geosiyasət artıq resurs uğrunda savaş deyil, mənalar uğrunda mübarizədir. İsrail və İran sadəcə dövlət deyil. Bunlar iki müxtəlif metafizik layihədir. Biri - xaosu texnokratiya ilə idarə etmək istəyir. Digəri - xaosu Tanrı iradəsinin forması kimi qəbul edir.
Məhz buna görə bu savaşın əsl sonu olmayacaq. Çünki burada mübahisə neft və torpaq üzərində deyil, gələcək dünya nizamı üzərindədir. Kim tarixdə söz sahibi olacaq? Kim qalacaq?
Hələlik isə sükutdur.
Bunu sülhlə qarışdırmayın.
Sükut razılıq deyil.
Və bu fasilə – final deyil.
Bu sadəcə səhnə pərdəsinin müvəqqəti endirilməsidir.
O pərdə yenə qalxacaq.
Və zaldan da hələ heç kim çıxmayıb...