
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Sabah, 8 may tarixində Parisdə faşizm üzərində qələbənin 80 illiyi münasibətilə təmtəraqlı mərasimlər keçiriləcək. Yalnız bir fərqlə – bu mərasimlərə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva dəvət olunmayıb.
Bəli, düz oxudunuz. Fransa hakimiyyəti rəsmi şəkildə bəyan edir: azərbaycanlılar bu müharibədə qələbə qazananlar arasında deyil. Çünki bu gün Fransanın siyasi dəbi - İrəvanla qucaqlaşmaqdır.
Bu artıq sadəcə hörmətsizlik deyil. Bu, tarixə tüpürməkdir.
Bu, xatirələrin tapdanması, qurbanların, döyüşçülərin, partizanların, qəhrəmanların adına atılmış ləkədir. Üstəlik, azərbaycanlıların təkcə öz ölkəsini deyil, Fransanı da faşistlərdən qoruduğu bir vaxtda.
600 min azərbaycanlı müharibəyə gedib, onların yarısı – 300 mini – geri qayıtmayıb. Hər on nəfərdən biri vətən uğrunda şəhid olub. Azərbaycanın nefti cəbhəni işlək saxlayıb. Azərbaycanın dəmir yolları lendliz yüklərini daşıyıb.
Və ən əsası – Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlılar var idi.
Bütün Fransa Əhmədiyyə Cəbrayılov adını yadda saxlamalıdır. Onu “Kardo”, “Mişel Armet”, “Matye Mişel”, “Küraj Mişel” kimi tanıyırdılar. O, “makilər”in – Fransa Müqavimət Hərəkatının döyüşçüsü idi. O, Fransa dövlətinin ən ali ordeni - Fəxri Legion ordeni ilə təltif olunmuşdu. Amma görünür ki, bu gün Fransada onun adı artıq “siyasi korrektliyə” uyğun gəlmir.
Əhmədiyyə Cəbrayılov tək deyildi. Partizan dəstələrində yüzlərlə azərbaycanlı vardı. Onlar Lionu, Dijonnu, Rodezi, Nimi, Alesi və digər şəhərləri azad etdilər. Onların sırasında Mirzaxan Məmmədov, İdris Qaşımov, Məmməd Məmmədov, Xasay Quliyev, Abbas Hüseynov, Allahverdi Vəliyev və başqaları vardı. Onların hamısı Fransanın azadlığı uğrunda öz canını qoymuşdu. Amma bu gün onların adı Parisdə keçmir. Çünki indi “Ermənistan sevgisi” daha vacibdir.
Bəs Parisdə nəyi qeyd edirlər? Fransanın “qələbə”sini? Gəlin açıq danışaq: Fransa İkinci Dünya Müharibəsində nə vaxt və necə vuruşub? Müharibə başlayandan 43 gün sonra ölkə təslim oldu. Paris döyüşsüz təslim edildi. Əfsanəvi Majino xətti bir anda dağıldı. Ordu darmadağın oldu. Fransa Polşadan da tez süqut etdi. Halbuki Polşa iki cəbhədə vuruşurdu və onun nə bu qədər ordusu vardı, nə sənayesi.
Fransız hökuməti Almaniya ilə əməkdaşlığa keçdi. Vişi rejimi yaradıldı. Fransanın öz polisi yəhudiləri nasistlərə təhvil verdi, özü sürgünə apardı, özü qətllərdə iştirak etdi. 1942-ci ildə D-İver Velodromu əməliyyatı fransızların əsrlər boyu silə bilməyəcəkləri ləkədir. Çünki uşaqları güllənməyə alman gestaposu yox, fransız polisi aparırdı.
Fransa donanması isə elə fransızlar tərəfindən batırıldı - bircə şərtlə ki, nə müttəfiqlərin, nə də almanların əlinə keçsin. Bu - xəyanət idi. Həm də öz xalqına, öz tarixinə qarşı xəyanət.
İşğal olunmuş Parisdə isə restoranlar işləyirdi, moda evləri qapanmamışdı, fransız qadınlar nasist zabitlərlə eşq yaşayırdı. Fransa Müqavimət Hərəkatı isə əslində yalnız 1944-cü ildən etibarən aktivləşdi - yəni qələbənin artıq görünməyə başladığı vaxt. Əsas yükü isə SSRİ, ABŞ və Böyük Britaniya daşıyırdı. Fransa sadəcə status qazandı, amma şərəf yox.
8 may 1945-ci ildə Almaniyanın təslim aktı imzalananda, Reymsdə və sonradan Berlin-Karlshorstda keçirilən mərasimdə fransız nümayəndələri də iştirak edirdi. Və məhz həmin an alman generallarından biri acı təbəssümlə soruşdu: “Biz, görəsən, Fransaya da uduzmuşuq?” Həmin sualın kökündə tarixi ironiya yox, tarixi həqiqət vardı.
İndi isə həmin Fransa Azərbaycan səfirini qələbə mərasiminə buraxmır. O Azərbaycanı ki, fransız torpağında öz oğullarını itirib. O Azərbaycanı ki, Fransa xalqını, Fransanın şərəfini qoruyub. O Azərbaycanı ki, bu gün Parisdə yaddan çıxarılır, çünki Ermənistanın xoşuna gəlməyəcək.
Bu, artıq siyasi qərar deyil. Bu – mənəviyyatsızlıqdır. Bu – şəhidlərin ruhuna təhqirdir. Bu – öz tarixini satmaqdır.
Fransa bu gün qələbəni deyil, qələbənin saxta versiyasını qeyd edir. Unutduqlarını da, unutmaq istədiklərini də ayaqlayır. Düşünür ki, istədiyini tarixdən silə bilər. Amma unudur ki, əsl qəhrəmanlar tarixdən silinmir. Onlar yalnız satqınların yaddaşından silinir.