vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
KRİMİNAL, CİNAYƏT  
Fransada daha bir muzeydə qarət 13:48 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada daha bir muzeydə qarət

1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabr ayında Parisdəki Təbii Tarix Muzeyində təxminən 6 kiloqram qızıl oğurlayan 24 yaşlı Çinli qadın İspaniyanın Barselona şəhərində tutularaq Fransaya gətirilib.

Paris Prokurorluğu sentyabrın 16-da Təbii Tarix Muzeyində baş verən 6 kiloqramlıq qızıl oğurluğu ilə bağlı yeni məlumatları paylaşıb. Bildirildi ki, hadisə ilə əlaqəli 2001-ci il təvəllüdlü Çinli qadın Barselonada saxlanılıb.

Haqqında axtarış əmri olan şübhəli, sentyabrın 30-da İspaniya təhlükəsizlik qüvvələri tərəfindən tutulub və oktyabrda Fransaya təhvil verilib.

Fransa prokurorluğu şübhəli barədə "cinayət təşkil etmək" və "oğurluq" ittihamları ilə istintaq başlatdığını açıqlayıb.

Təxminən 1,5 milyon avro dəyərində olduğu hesablanan oğurlanmış qızılların taleyi hələ qeyri-müəyyəndir.

Prokurorluq bildirib ki, təhlükəsizlik kamerası və telefon qeydlərində şübhəlini yerli saatla 01:00 civarında muzeyə daxil olarkən, 04:00 civarında isə binadan çıxarkən görüntülənib.

Rəsmilər qızıl külçələrin haraya aparıldığını müəyyən etmək üçün beynəlxalq səviyyədə istintaqın davam etdiyini açıqlayıblar.

Paris Təbii Tarix Muzeyində sərgilənən və tarixi əhəmiyyətə malik təxminən 6 kiloqram oğurlanmış qızıl eksponatlar arasında – 18-ci əsrdə Boliviya tərəfindən bağışlanmış külçələr, 1833-cü ildə Rusiya Çarı I. Nikolay tərəfindən hədiyyə edilən qızıllar, 19-cu əsrin ikinci yarısında Kaliforniyada tapılan külçələr və 1990-cı ildə Avstraliyada tapılan 5 kiloqramdan artıq külçə yer alırdı.