
Fransa siyasətində dönüş nöqtəsi
Mümkün 3 ssenari
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
2025-ci ilin ilk yarısında cinayət statistikasında diqqət çəkən məqam
Fransanın ən ucuz kababçısı bağlandı
20 qızıl külçəni belə oğurladılar
Almaniyada metal şirkətindən zəhərli arsenik oğurlandı
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Bu dəfə köynək oğurlayıb
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
Mağazaya girən oğru 921 avroluq mal oğurlayıb
Fırıldaqçı brokerlər almaniyalı ağsaqqalın bank kartını boşaldıb
Sığorta şirkətləri narahatdır – oğurluq sayı deyil dəyən ziyan artıb
DİN-in açıqladığı statistika acınacaqlıdır
Onların işi zərgər dəqiqliyi, böyük səbir və peşəyə sevgi tələb edir
Şirkətin içərisində 70 min manat olan çantası aparılıb
Fransanın Limuj şəhərində yerləşən Adrien Dübuş (Adrien Dubouché) Milli Muzeyi üç gün əvvəl gecə saatlarında qarət olunub. Hadisə gecə saat 3:15-də baş verib. Oğrular muzeyin pəncərəsini sındıraraq içəri daxil olub. Bu zaman təhlükəsizlik siqnalı aktivləşib. Lakin muzeyin mühafizəçiləri hadisə yerinə gəldikdə, oğrular artıq əşyaları götürüb qaçmışdılar. Limuj şəhərinin meri Emil Rocer Lombertiye təhlükəsizlik sisteminin işlədiyini, lakin yenidən nəzərdən keçirilməli olduğunu qeyd edib.
Muzeyindən üç qiymətli Çin porselen əsəri oğurlanıb. Ümumi dəyəri 9,5 milyon avro (təxminən 19 milyon manat) olan bu əsərlər arasında 17-ci əsrə aid bir vaza və 14-15-ci əsrlərə aid iki boşqab yer alır. Bütün bu əsərlər Fransanın “milli xəzinə” statusuna malikdir.
17-ci əsr aid edilən vaza təxminən 6,5 milyon avro dəyərində qiymətləndirilir və muzeyin ən qiymətli eksponatıdır. 14-15-ci əsrlər boşqablar isə Çinin “Jingdezhen” manufakturasında hazırlanıb və mavi-ağ rənglərlə bəzədilib. Onlar muzeyin kolleksiyasında xüsusi yer tutur
Adrien Dübuş Milli Muzeyi 1845-ci ildə təsis edilib və hazırda dünyada Limoges porseleninin ən böyük ictimai kolleksiyasına sahibdir. Muzeyin kolleksiyasında 18.000-dən çox əsər mövcuddur və bu oğurluq, muzeyin tarixindəki ən böyük cinayət hadisəsi hesab edilir
Fransa Prokurorluğu “mədəniyyət əmlakının ağır oğurluğu” ittihamı ilə istintaq başladıb. Muzeyin rəhbərliyi, oğurlanan əsərlərin xüsusi sərgilər üçün özəl kolleksiyalardan müvəqqəti olaraq alındığını bildirib
Bu hadisə, Fransada muzeylərin təhlükəsizliyi və mədəni irsin qorunması məsələlərini yenidən gündəmə gətirib.