Qadın ərini güllələyib, ...
... basdırdığı yerdə güllər əkib
09:20 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 297 dəfə baxılıb
Şriftin ölçüsü
... basdırdığı yerdə güllər əkib
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
“Ən çox təsir edən mərhum anamın yadigarı olan xalçanın aparılmasıdır”
1 milyon dolları oğurlanan Günay Məsimova Almaniyada saxta nikahla yaşamaq izni alıbmış
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir
55 min iş məhkəmə tarixini gözləyir
Cinayətkarlar 19 milyon manatlıq 3 əsər aparıb
Hər şey 7-ci sinifdə başladı
2 ölü, 17 yaralı
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan şəxs qaçdı
Saxta gənc qız profili ilə yaşlıları tora salıb işgəncə verənlərə hökm verildi
Məişət cinayətkarlığının təməli ...
Başqa qadınla yazışdığı üçün ...
Almaniyada 2025-ci ilin ilk yarısında zorakılıq, silah və əmlaka zərər vermə cinayətlərində artım qeydə alındı. Oğurluq və narkotik hallarında isə azalma müşahidə edildi.
Federal Daxili İşlər Nazirliyinin AfD-nin verdiyi sorğuya cavabına görə, 2025-ci ilin yanvar-iyun ayları arasında 14.047 zorakılıq hadisəsi qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 13.543 idi. Məlumatlar Federal Polis İdarəsinin “Polizeiliche Eingangsstatistik” (PES) qeydiyyatlarından götürülüb.
Silah cinayətlərində (Waffendelikte) sayı 589-dan 808-ə, əmlaka zərər vermə hadisələri isə 16.786-dan 17.595-ə yüksəlib. Lakin 2025-ci ilin ümumi nəticələri ilin sonu tamamlanmadan dəqiq müəyyənləşməyəcək. Bəzi cinayət kateqoriyalarında isə azalma qeydə alınıb: oğurluq hadisələri 29.468-dən 26.613-ə, narkotik cinayətləri isə 5.839-dan 4.475-ə enib.
Cinsi cinayətlərdə cüzi azalma
Cinsi hücum və təcavüz kimi cinayətlərdə də yüngül azalma oldu. 2024-cü ilin ilk yarısında 1.125 olan hadisə sayı, bu ilin eyni dövründə 1.076-ya düşüb.
***
Bu il müəyyən edilən şübhəlilərin böyük əksəriyyəti zorakılıq (5.711), əmlaka zərər vermə (1.493), narkotik (1.493) və silah cinayətlərində (480) alman vətəndaşlarıdır. “Alman” kateqoriyasına həm doğuşdan vətəndaş olanlar, həm də sonradan vətəndaşlıq qazananlar daxildir. Oğurluq (7.565) və cinsi cinayətlərdə (349) isə əsasən alman vətəndaşı olmayan şübhəlilər aşkarlanıb.
***
Statistikaya görə, bu ilin ilk yarısında qatarlarda 68 bıçaqlı hücum baş verib. 2024-cü ilin eyni dövründə bu rəqəm 65 idi. Stansiyalardakı bıçaqlı hücumlar isə 251-dən 244-ə düşüb.