
Avstraliya silahlı hücum
İki polis ölü, biri yaralanıb
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan şəxs qaçdı
Saxta gənc qız profili ilə yaşlıları tora salıb işgəncə verənlərə hökm verildi
Məişət cinayətkarlığının təməli ...
Başqa qadınla yazışdığı üçün ...
2025-ci ilin ilk yarısında cinayət statistikasında diqqət çəkən məqam
Almaniyada polis çatışmazlığı – təhlükəsizlik sisteminin zəif nöqtəsi
Siyasətçilər hoteldən təxliyə edildi
1 vətəndaşı huşu itənə qədər döyən 4 məmur mühakimə olunur
ICE qatarındakı suriyalı hücum edənlə bağlı təfərrüatlar ortaya çıxdı
100 nəfər əlbəyaxa oldu, hadisə yerinə helikopter gəldi
Davadan qaçan 3 nəfər avtomobili izdihamın üzərinə sürdü
Almaniyada zəng mərkəzi dəstəsi yaxalanıb
Almaniyanın bir əyalətində bütün polis telefonlarına haker hücumu olub
Polisdən qaçan tunisli ikisi patrul maşını olmaqla üç avtomobil qaçırıb
Minneapolis şəhərində yerləşən katolik məktəbinə silahlı hücum nəticəsində iki uşaq həyatını itirib, 17 nəfər yaralanıb.
Hadisə yerli vaxtla səhər saat 08:30 radələrində məktəbin kilsəsində ayin keçirilərkən baş verib. Silahlı şəxs pəncərələrdən dəfələrlə atəş açıb, güllələr birbaşa içəridəki uşaqlara dəyib.
Polisin məlumatına görə, 8 və 10 yaşlarında iki şagird həlak olub. Yaralanan 17 nəfərdən ikisinin vəziyyəti ağırdır. Yaralıların arasında həm uşaqlar, həm də böyüklər var. Hücum edən şəxs hadisə yerində intihar edib.
Minnesota polis rəisinin açıqlamasına görə, hücumçu hadisədə bir tüfəng, bir “pompalı” və bir tapançadan istifadə edib. Təxminən 20 yaşlarının əvvəlində olduğu bildirilən şəxsin əvvəllər polis ilə ciddi təması olmayıb. Motivasiya ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Hadisə şəhərdə və bütün ölkədə böyük rezonans doğurub. Minnesota senatoru Emi Klobuşar “MSNBC”yə açıqlamasında, məktəbdə uşaqları olan keçmiş bir işçi ilə danışdığını bildirərək deyib: “Bu uşaqlar ayin zamanı oradaydılar və dostlarının vurulduğunu gördülər. Biri kürəyindən, biri boğazından vurulub.” Onun sözlərinə görə, uşaqlar güllələrdən qorunmaq üçün kilsə skamyalarının altına gizləniblər.
Minneapolis meri Ceykob Frey hadisə yerində çıxışında dərin emosional açıqlama verib: “Bəzi ailələr övladlarını itirdi. Bu faciənin ağırlığı və acısı təsvirolunmazdır.” Frey həmçinin əlavə edib: “Xahiş edirəm, yalnız düşüncə və dualarla kifayətlənməyin. Bu uşaqlar artıq dua edirdilər. Məktəbin ilk həftəsi idi.”
Hadisə yerinə 65 polis əməkdaşı cəlb olunub. Federal Təhqiqat Bürosu (FBI) da araşdırmaya qoşulub. Silahlı hücuma məruz qalan məktəbdə məktəbəqədər hazırlıqdan səkkizinci sinfə qədər şagirdlər təhsil alır.