
Nepala qayıdaraq....
İzdihamın hökuməti belə tez devirməsi nadir haldır
İzdihamın hökuməti belə tez devirməsi nadir haldır
Nepal, Banqladeş və Şri Lankada xalq liderləri devirdi
Şiddətli etirazlarla çalxalanan ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətdir
Sosial media qadağası baha başa gəldi, Nepal Baş naziri istefa etdi
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Dünyanın ən hündür nöqtəsinə qalxmaq üçün öncə kiçik zirvələrdə məşq etmək şərti qoyulur
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
“Banan respublikasında” fövqəladə vəziyyət
Şəhərin mərkəzində saat 20:00-dan 06:00-a qədər ...
Argentinada keçirilən aksiyada polis toqquşma baş verib, yaralananlar var
50 nəfər etirazçı həbs edib, bir polis ağır yaralanıb
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
Mileinin iqtisadi siyasəti Cənubi Amerika ölkəsində toqquşmalara səbəb oldu
İki gün əvvəlki etirazların şiddəti artdı, nümayişçilər parlament binası daxil olmaqla hökumət binalarını və bəzi siyasətçilərin evlərini yandırdı, ölkənin aparıcı liderlərinə hücum etdi.
Nepal ordusu, paytaxt Katmandu şəhərində müvəqqəti küçəyə çıxma qadağasını tətbiq etmək üçün dünən küçələrə çıxdı. Bu qərar, on minlərlə korrupsiyaya qarşı etirazçının parlament binasını yandırması və siyasətçilərə hücum etməsindən sonra alındı.
Silahlı əsgərlərin Katmandu şəhərinin əsas bölgələrində növbədə durması ilə son günlərdə şiddət və xaosa səhnə olan şəhərdə qismən nizamın təmin olunduğu bildirildi. Əsgərlər nəqliyyat vasitələrini və insanları yoxlayaraq, əhalini evdə qalmağa çağırdılar.
Nepalda ordunun küçələrə çıxması nadir hallarda müşahidə olunur. Polis hadisələri nəzarətdə saxlamaqda aciz qalanda, əsgərlər müdaxilə edir. Çərşənbə günü Katmandudakı əsas həbsxanada məhbusların mühafizəçiləri təsirsiz hala gətirib qaçmağa çalışması nəticəsində əsgərlər havaya atəş açdılar. Məhbuslar koğuşları və növbətçi kabinələri yandıraraq qapıları sındırdılar, lakin qaçış cəhdi qarşısı alındı və məhbuslar fərqli həbsxanalara köçürüldü.
Srağagün etirazların şiddəti artmış, nümayişçilər parlament binası daxil olmaqla hökumət binalarını, bəzi siyasətçilərin evlərini yandırmış və ölkənin aparıcı liderlərinə hücum etmişdi. Etirazlar böyüyərkən Baş nazir Şarma Oli istefa verdi. Lakin bu qərar küçələrdəki qəzəbi sakitləşdirmədi. On minlərlə etirazçı yolları bağlayaraq hökumət binalarını zəbt etməyə davam etdi. Bəzi nazirlər ordunun helikopterləri ilə təhlükəsiz bölgələrə daşındı.
Sosial media qadağası fitili yandırdı
Etirazlar keçən həftə hökumətin yerli qeydiyyat qaydalarına əməl etmədikləri səbəbi ilə 26 populyar sosial media platformasını bağlama qərarı ilə başladı. Lakin xüsusilə “Z nəsli” gənclər arasında bu qərar daha geniş çaplı qəzəbə çevrildi.
Nümayişçilər hökuməti korrupsiya, avtoritar nəzarət və geniş yayılmış işsizlikdə ittiham edirlər. Gənclər həmçinin siyasi liderlərin övladlarının lüks həyat tərzini sosial mediada nümayiş etdirdiyini, özlərinin isə iş tapmaqda çətinlik çəkdiyini qeyd edirlər. Dünya Bankının məlumatına görə keçən il gənclər arasında işsizlik 20% səviyyəsində olub və hökumət hər gün 2 mindən çox gəncin iş tapmaq üçün Orta Şərq və Cənub-Şərqi Asiyaya köçdüyünü hesab edir.
Etirazlar, bazar ertəsi günü polisin izdihama canlı güllə ilə atəş açaraq 19 nəfəri öldürməsi ilə daha da şiddətləndi. Hökumət bazar ertəsi günü sosial media qadağasını geri çəkdi, lakin bu addım etirazların sürətini dayandırmadı.
Dövlət başçısı Ram Çandra Poudel (Ram Chandra Poudel), nümayişçilərə sülh yolu ilə həll tapmaları çağırışı etdi. Baş nazir Olinin istefasını qəbul edərək, yeni hökumət qurulana qədər müvəqqəti idarəni davam etdirməsini tələb etdi. Lakin Olinin mövqeyi və harada olduğu qeyri-müəyyənliyini qoruyur.
Senzura, yoxsa tənzimləmə?
Nepal hökuməti sosial medianı “doğru şəkildə idarə etmək, məsuliyyətli və hesabatlı etmək” məqsədilə geniş bir tənzimləmə layihəsi hazırlayırdı. Lakin bu layihə müxalif səsləri boğmağa və ifadə azadlığını məhdudlaşdırmağa yönəlmiş senzura cəhdi kimi tənqid edildi.
Layihə, şirkətlərin Nepal-də bir əlaqə ofisi açmasını və ya nümayəndə təyin etməsini tələb edirdi. “Facebook”, “Instagram” və “WhatsApp” kimi populyar tətbiqləri də əhatə edən bu tənzimləməyə əməl etməyən platformalar bağlandı. “TikTok”, “Viber” və üç tətbiq isə qeydiyyatdan keçdiyi üçün xidmət verməyə davam edir.