
Mərakeşdə etirazlar nəzarətdən çıxdı
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Nepaldakı hadisələrin kökündə dayanan əsl səbəblər nələr idi?!
Ölkəyə İlk qadın baş nazir gəlir
Rəhbərlər “Z nəsli” ilə masaya oturur
İzdihamın hökuməti belə tez devirməsi nadir haldır
Parlament yandırıldı, ordu küçələrə çıxdı
Şiddətli etirazlarla çalxalanan ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətdir
Sosial media qadağası baha başa gəldi, Nepal Baş naziri istefa etdi
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
“Boeing” müdafiə zavodunda 30 ildən sonra ilk dəfə tətil
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
“Banan respublikasında” fövqəladə vəziyyət
Keniyada hökumət əleyhinə nümayişlərdə azı 10 nəfər ölüb, yüzlərlə insan saxlanılıb. Paytaxt Nayrobi ətrafında polislə etirazçılar arasında toqquşma baş verib.
Keniya Milli İnsan Haqları Komissiyası (KNCHR) etirazların keçirildiyi 17 müxtəlif bölgədə 29 nəfərin də yaralandığını açıqlayıb. Keniya Milli Polis Xidməti ölənlərin sayının 11-ə yüksəldiyini, 52 polis əməkdaşının və 11 mülki şəxsin yaralandığını açıqlayıb. Etirazlarda 567 nəfərin saxlanıldığı bildirilib.
Nümayişlər 7 iyul 1990-cı ildə Keniyalıların çoxpartiyalı demokratiya tələbi ilə təkpartiyalı hakimiyyətə qarşı üsyanını xatırlamaq üçün keçirilən “Saba Saba Günü” yürüşlərinin bir hissəsi idi. Lakin bu il gənclərin iqtisadi durğunluq, korrupsiya və polis zorakılığına qarşı qəzəbi yenidən küçələrə sıçrayıb. İyun ayında keçirilən etirazlar da zorakılığa çevrildi, onlarla insan həlak oldu və minlərlə müəssisə zərər gördü.
Etirazçılar hökumətin nümayişləri sabotaj etmək üçün silahlı dəstələrdən istifadə etdiyini iddia edir, hökumət isə nümayişləri “çevriliş cəhdi” kimi qiymətləndirir. KNCHR bəzi ərazilərdə polisin üz örtüyü taxan dəstələrlə birlikdə hərəkət etdiyini iddia etdi. Polis rəsmiləri ittihamları təkzib ediblər.
Dünən Nayrobi şəhər mərkəzi polisin maneələri səbəbindən demək olar ki, tamamilə boşaldı, bir çox müəssisə bağlandı. Amma şəhərin kənarında etirazçılar yolları bağlayıb, polislə toqquşub və bəzi ərazilərdə qarət baş verib. Etirazçılar prezident Uilyam Rutonu hədəf alaraq “Ruto getməlidir!” şüarları səsləndiriblər.
Etirazçılar Rutonun vədlərinə əməl etmədiyini və insanların iqtisadi gözləntilərini yerinə yetirmədiyini iddia edirlər. 2022-ci ildə seçilən Ruto ana müxalifət lideri Raila Odinqa ilə müvəqqəti ittifaq yaratdı, lakin zorakı təzyiqlər ictimaiyyətin qəzəbini artırır.
Ötən ilin iyunundan bəri ölkədə keçirilən etiraz aksiyalarında ən azı 80 nəfər həyatını itirib. İyunun 25-də keçirilən ən son nümayişlərdə 19 nəfər həlak olub.