Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:41 | 3 oktyabr 2025 | Cümə
Məqaləyə 10799 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft iyunun sonundan bəri ən böyük həftəlik enişə doğru irəliləyir. OPEC+ iclası ərəfəsində dayandırılmış hasilatların yenidən işə salınacağı gözləntiləri fonunda bazarda təklif bolluğu ilə bağlı narahatlıqlar artır. Bu səbəbdən qiymətlər iyunun sonundan bəri ən kəskin həftəlik geriləməyə doğru gedir.
“Brent” markalı neftin bir bareli təxminən 64 dollara qədər enmişdi, həftəlik itki isə təxminən 8% təşkil edir. ABŞ xam nefti (WTI) isə 60 dollardan bir qədər yuxarıdan qərarlaşmışdı. Bakı vaxtilə 09:40-a olan məlumata görə, “Brent” 0.48 (0.75%) bahalaşaraq 64,59 dollara, “WTI” isə 0.47 (0.78%) bahalaşaraq 60.94 dollara satılır. Bu arada Azərbaycan brendi “Azeri light” 0,65 və ya 0.89% ucuzlaşıb. Buna baxmayaraq, Azərbaycan nefti dünyada ən bahalı neftdir və alıcılara 72.77 dollardan təklif edilir.
OPEC+ noyabr ayı hasilatı ilə bağlı qərar qəbul etmək üçün bazar günü onlayn toplantı keçirəcək və qrup bazar payını bərpa etmək məqsədilə hasilat artımlarını sürətləndirmə ehtimalını müzakirə edə bilər.
Beynəlxalq Enerji Agentliyi (IEA) təklif bolluğunun gələn il rekord həddə çatacağını proqnozlaşdırır. Bəzi “Wall Street” bankları isə “Brent”in bir barelinin 50 dollara qədər ucuzlaşa biləcəyini bildirir.
“Bloomberg” sorğusuna əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) sentyabr ayında hasilatı gündə 400 min barel artıraraq 2023-cü ildə qrup və onun müttəfiqləri tərəfindən tətbiq edilən hasilat ixtisarlarını rəsmi olaraq ləğv edib. Səudiyyə Ərəbistanı hasilatı tam olaraq OPEC+ kvotasına uyğun şəkildə artırıb.