Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:38 | 3 oktyabr 2025 | Cümə
Məqaləyə 11520 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Qiymətlərə təsir edən üç əsas risk açıqlandı
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ-da hökumətin bağlanması səbəbindən hər cümə axşamı açıqlanan həftəlik işsizlik müavinəti müraciətləri açıqlana bilmədi və ertələndi.
Əmək Statistikaları Bürosunun əslində bu gün yayımlaması gözlənilən qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri də çox güman ki, gecikəcək. Bu isə Federal Ehtiyat Sisteminin (FED) iqtisadi vəziyyəti qiymətləndirmək üçün kifayət qədər məlumat əldə edə bilməyəcəyi və faiz endirimlərinin davamının qeyri-müəyyənləşəcəyi anlamına gəlir.
“Charles Schwab Corp.”un baş ticarət strateqi Co Mazzola deyib ki, “qısamüddətli bir qapanma yalnız bir neçə gün gecikmə yaratsa böyük təsir göstərməyə bilər. Amma ayın ortasındakı inflyasiya rəqəmlərinin açıqlanmasını da təhdid edə biləcək uzunmüddətli bir bağlanma, FED-i gözləmə mövqeyinə çəkə bilər və məlumatlar olmadan oktyabr ayının sonunda faiz endirimləri qərarına mane ola bilər”.
Mazzola həmçinin xatırladıb ki, ABŞ mazliyyə naziri Skott Bessentin uzunmüddətli bağlanmanın ölkənin iqtisadi artımına zərər verə biləcəyini deməsi, bu vəziyyətin davamlı ola biləcəyinə dair siqnalları gücləndirir. Digər tərəfdən aparıcı valyuta analitiklərinin fikrincə, qapanmaq dolların daha da zəifləməsinə səbəb ola bilər.
“Prestige Economics” şirkətinin rəhbəri Ceyson Şenker vurğulayıb ki, iqtisadi göstəricilər olmadıqda, pul siyasətinə dair qərarvericilərin açıqlamaları investorlar üçün FED-in faiz trayektoriyasına dair əsas ipucu rolunu oynayacaq. “Bloomberg”in valyuta proqnozçuları sıralamasında iki rüb ardıcıl birincilik qazanan Şenker, “Hökumətin bağlanması dollar üçün qısamüddətli aşağı yönlü riskləri artırır”, – deyib.
Bu ilin əvvəlindən bəri “Bloomberg” dollar indeksi 8%-dən çox dəyər itirib və Şenker bu prosesin davam edəcəyini düşünür. O qeyd edib ki, məlumatların açıqlanmasının ləngiməsi səbəbilə FED rəsmilərinin açıqlamaları gələcək siyasəti qiymətləndirmək baxımından daha kritik olacaq: “Avro il sonuna qədər hazırkı 1,17 dollar səviyyəsindən 1,19 dollara yüksələcək”.