vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 4 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
Berlin üçün gözlənilməz nəticə 11:04 | 4 iyun 2026 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Berlin üçün gözlənilməz nəticə

Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında boşalan qeyri-daimi üzvlük yerləri üçün keçirilən səsvermədə kifayət qədər dəstək toplaya bilməyən Almaniya istəyinə çatmadı. Əvəzində Portuqaliya 134, Avstriya isə 131 səs toplayaraq 2027–2028-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Almaniya isə yalnız 104 səs qazanıb.

VAXT.AZ “Agence France-Presse”ə istinadən xəbər verir ki, səsvermənin nəticələrini BMT Baş Assambleyasının sədri və Almaniyanın keçmiş xarici işlər naziri Annalena Birbok elan edib.

Almaniya 1990-cı ildə yenidən birləşməsindən sonra hər dəfə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olub və indiyə qədər bütün seçimlərdə uğur qazanmışdı. Bu dəfə isə ölkə ilk dəfə bu vəzifəyə seçilə bilməyib.

Almaniya son olaraq 2019–2020-ci illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunmuşdu.

Məlumata görə, nəticələrə təsir edən əsas amillərdən biri Almaniyanın Qəzza müharibəsi zamanı tutduğu mövqe ilə bağlı beynəlxalq tənqidlər olub. Bir sıra ölkələrin Berlinin İsrail siyasətinə yanaşmasını balanssız hesab etdiyi bildirilir.

Bundan başqa, ABŞ və İsrailin Yaxın Şərq siyasəti, eləcə də digər beynəlxalq böhranlara münasibətdə Almaniyanın mövqeyi də səsvermədə müəyyən rol oynayıb.

BMT Təhlükəsizlik Şurası 5 daimi üzv (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) və regionlar üzrə seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlər iki il müddətinə seçilir və 193 üzv ölkənin üçdə ikisinin dəstəyini almalıdır.

Bu səsvermə Almaniyanın uzun illər davam edən uğurlu diplomatik ənənəsində nadir uğursuzluq kimi qiymətləndirilir və Berlin üçün ciddi siyasi siqnal kimi şərh olunur.