Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:55 | 30 aprel 2026 | Cümə axşamı
Məqaləyə 123 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən Amerika hərbi qüvvələrinin sayının azaldıla biləcəyini bildirərək NATO müttəfiqi Almaniyaya yeni bir mesaj verib. Trampın açıqlaması Vaşinqtonla Berlin arasında artan siyasi gərginliyin fonunda səsləndirilib.
VAXT.AZ “Associated Press”ə istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltma ehtimalını nəzərdən keçirdiyini və bu barədə yaxın zamanda qərar veriləcəyini bildirib. ABŞ hərbçilərinin Almaniyada yerləşməsi NATO çərçivəsində Avropadakı strateji balansın əsas elementlərindən biri kimi qiymətləndirilir.
Gərginlik Almaniya kansleri Fridrix Merzin İranla bağlı siyasətinə görə Vaşinqtonu tənqid etməsindən sonra daha da artıb. Merz ABŞ və İsrailin İran siyasətində aydın strategiyanın olmadığını və Vaşinqtonun İran rəhbərliyi qarşısında zəif mövqe nümayiş etdirdiyini iddia etmişdi. Bu açıqlamadan sonra Trampın sərt reaksiyası gecikməyib və o, Mersi İran məsələsində nə danışdığını bilməməkdə ittiham edib.
ABŞ prezidentinin Almaniyadakı qoşunların azaldılması ilə bağlı mövqeyi yeni deyil. Tramp ilk prezidentlik dövründə də Almaniyanın müdafiə xərclərini yetərsiz hesab edərək oxşar plan irəli sürmüş, lakin bu təşəbbüs tam icra olunmamışdı. Hazırda Almaniyada on minlərlə ABŞ əsgəri, eləcə də Ramşteyn aviabazası və digər strateji obyektlər yerləşir.
Merz isə Trampın açıqlamasından əvvəl etdiyi çıxışında Almaniya və Avropanın xüsusilə Hörmüz boğazı kimi enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan bölgələrdəki vəziyyətdən narahat olduğunu bildirmişdi. O, ABŞ ilə İran arasında davam edən qarşıdurmanın qlobal iqtisadiyyata ciddi təsir göstərə biləcəyini qeyd edərək münaqişənin dayandırılmasına çağırış etmişdi.
Berlin və Vaşinqton arasında İran müharibəsi və NATO-nun mövqeyi ətrafında yaranan fikir ayrılıqları artıq iki tərəfin münasibətlərində ciddi gərginlik yaratmış kimi görünür. Hazırkı vəziyyət həm Avropada təhlükəsizlik balansı, həm də transatlantik əməkdaşlığın gələcəyi ilə bağlı sualları daha da artırır.