Tramp Türkiyəyə gəlir
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
09:12 | 4 iyun 2026 | Cümə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
Yaxın Şərqdə vəziyyət yenidən kəskinləşib. Körfəz bölgəsində baş verən hərbi və diplomatik hadisələr İran, ABŞ və İsrail arasında son aylarda müşahidə olunan nisbi sakitliyin pozulması təhlükəsini gündəmə gətirib.
VAXT.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt hakimiyyəti İran tərəfindən həyata keçirildiyini bildirdiyi raket hücumu nəticəsində bir nəfərin öldüyünü, çoxsaylı insanın yaralandığını açıqlayıb. Məlumata görə, zərbənin hədəfi Küveyt Beynəlxalq Hava Limanı olub. Hadisədən sonra Küveyt Xarici İşlər Nazirliyi bir qrup iranlı diplomatı ölkədən qovub və Tehrana rəsmi etiraz notası göndərib. Oxşar hücumların Bəhreyni də hədəf aldığı barədə məlumatlar yayılıb.
Körfəzdəki gərginlik İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlarla eyni vaxta təsadüf edib. İsrail ordusunun Livanın cənubunda insan tələfatına səbəb olan zərbələr endirdiyi, həmçinin Beyrutun giriş hissəsində hərbi obyektə hücum etdiyi bildirilib.
İsrailin Baş naziri Benjamin Netanyahu İranla qarşıdurmanın başa çatmadığını bəyan edib. Onun sözlərinə görə, İsrail və ABŞ qüvvələri mümkün inkişaflara qarşı tam hazırlıq vəziyyətində saxlanılır.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trump diplomatik həll variantlarını irəli aparmağa çalışdığını bildirib. Tramp İranın da qəbul etdiyi yeni nüvə sazişinin formalaşmağa başladığını iddia edib. O, danışıqlarda İranın ali dini lideri Əli Xameneyinin oğlu Müctəbanın da iştirak etdiyini irəli sürüb. ABŞ Prezidenti hazırkı mərhələdə bölgəyə quru qoşunlarının göndərilməsinə ehtiyac olmadığını vurğulayıb.
İranın xarici işlər naziri “Əl-Məyadin” televiziyasına müsahibəsində bildirib ki, tərəflər qarşılıqlı təqdim olunan mətnləri araşdırmağı davam etdirirlər. Nazir Vaşinqtonla əlaqələrin tam kəsilmədiyini, lakin danışıqlarda hər hansı irəliləyiş əldə olunmadığını qeyd edib. O, həmçinin İsrailin Beyruta yeni hücumlar həyata keçirəcəyi təqdirdə İranın qəti şəkildə cavab verəcəyini bəyan edib.
Bu arada İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Tasnim” agentliyi vasitəsilə yaydığı açıqlamada Küveyt hava limanına hücum təşkil etmədiyini bildirib. Bəyanatda hava limanının sərnişin terminalında yaranan ziyanın İran raketlərini ələ keçirə bilməyən ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin nasaz fəaliyyəti ilə bağlı olduğu iddia edilib.
Çərşənbə gününün ilk saatlarında İran mediası təxminən iki ay əvvəl İran, ABŞ və İsrail arasında elan edilmiş atəşkəsdən sonra ən təhlükəli eskalasiyalardan birinin yaşandığını bildirib. Məlumatlara görə, qarşıdurma yenidən Hörmüz boğazı ətrafına və Körfəzin sahil sularına yayılıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfindən buraxıldığı bildirilən çoxsaylı ballistik raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsinə dəstək göstərdiklərini açıqlayıb. Komandanlığın məlumatına əsasən, həmin hücum vasitələrinin heç biri nəzərdə tutulan hədəflərə çata bilməyib.
İranın nüvə danışıqları üzrə heyətinin media qrupundan olan nümayəndə “Fars” agentliyinə açıqlamasında İslamabadda keçirilən görüşlərin ilk mərhələsinin nəticəsiz başa çatmasının səbəbinin Tehranın nüvə danışıqlarına daxil olmaq istəməməsi olduğunu bildirib.
Nümayəndə həmçinin Livanın maraqlarının nəzərə alınmadığı heç bir sazişi qəbul etməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonla hazırlanacaq mümkün memorandum yekunlaşdırılarsa, sənəd dörd mərhələli təsdiq mexanizmindən keçəcək. Tehran hələlik ABŞ-ın təqdim etdiyi son layihəyə rəsmi cavab verməyib.
Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin rəsmi açıqlamalarına əsaslanaraq hazırlanan statistikaya görə, 2026-cı ilin fevralında müharibənin başlanmasından iyunun əvvəlinə qədər İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumların sayı 7028-ə çatıb.
Məlumatda qeyd olunur ki, hücumların 1 716-sı raketlərlə, 5 311-i isə pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Bu göstəricilər bölgədə hərbi gərginliyin miqyasının son aylarda əhəmiyyətli dərəcədə artdığını göstərir.