Sanksiyaların nəhəng zərəri
Rusiya trilyon dollardan çox itki verib
18:44 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya trilyon dollardan çox itki verib
Ermənistanda qutudan kim çıxacaq ...
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Niderland hakimiyyəti Rusiyaya qarşı tətbiq olunan Avropa Birliyi sanksiyalarının pozulması ilə bağlı geniş araşdırma çərçivəsində konteyner gəmisinin kapitanını saxlayıb. Hadisə Rotterdam limanında keçirilən xüsusi gömrük əməliyyatı zamanı baş verib.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, Niderland Gömrük Xidmətinin məlumatına görə, Rotterdam və Sankt-Peterburq arasında müntəzəm reyslər həyata keçirən konteyner gəmisində Rusiyaya göndərilməsi qadağan olunan mallar aşkarlanıb. Araşdırma zamanı onlarla konteyner yoxlanılıb və bir neçə yükdə saxtalaşdırma əlamətləri müəyyən edilib.
Gömrük əməkdaşları konteynerlərdə avtomobillər üçün ön şüşələr, qapılar, mühərrik yağı və hava filtrasiya sistemləri aşkar ediblər. Rəsmilərin sözlərinə görə, yük qutularının üzərindəki etiketlər çıxarılıb və sonradan yenidən yapışdırılıb ki, bu da malların həqiqi təyinatını gizlətmək cəhdi kimi qiymətləndirilir.
Niderland Gömrük Xidmətinin nümayəndəsi bildirib ki, sözügedən məhsullar mülki avtomobillərdə istifadə oluna bilsə də, hərbi əməliyyatlarda iştirak edən yük maşınlarında və digər texnikalarda da tətbiq edilə bilər. Məhz bu səbəbdən onların Rusiyaya ixracı Avropa Birliyinin sanksiyaları çərçivəsində qadağandır.
Kapitan sanksiya rejiminin pozulması ilə bağlı cinayət işində şübhəli şəxs qismində həbs edilib. Rotterdam məhkəməsinin qərarı ilə onun ən azı iki həftə həbsdə saxlanılacağı bildirilir. Eyni zamanda Amsterdam və Rotterdamda fəaliyyət göstərən iki şirkət barədə də araşdırma başlanıb.
Niderland Gömrük Xidməti qeyd edib ki, Rotterdam–Sankt-Peterburq marşrutundan Avropa sanksiyalarından yayınmaq məqsədilə istifadə olunmasına dair güclü siqnallar əldə edilib. Bu səbəbdən son günlər Rotterdam limanında Rusiyaya yönələn yüklərə qarşı genişmiqyaslı yoxlamalar aparılır. İstintaqa Gömrüyün Strateji Mallar və Sanksiyalar Bölməsi, həmçinin ölkənin prokurorluq orqanları rəhbərlik edir.
Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra avtomobil hissələri, yüksək texnologiyalar, sənaye avadanlıqları və ikili təyinatlı məhsulların Rusiyaya ixracına ciddi məhdudiyyətlər tətbiq edib. Son insident Avropa ölkələrinin sanksiyalardan yayınma cəhdlərinə qarşı nəzarəti daha da gücləndirdiyini göstərir.