Bundan sonra isə sülh prosesidir
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
12:23 | 26 iyul 2025 | Şənbə
Məqaləyə 487 dəfə baxılıb
Şriftin ölçüsü
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
5 il əvvəl Rusiyanın nəzarətində qurulması razılaşdırılmış Zəngəzur dəhlizini icarəyə götürmək fonunda, ABŞ-ın Cənubi Qafqaza rəsmi və uzunmüddətli yerləşmək planı Moskvanın regiondakı təsir gücünün zəiflədiyinin bariz sübutudur. Sovet İttifaqının süqutunun ardınca regionda yaranmış bənzər situasiyadan istifadə edən ABŞ liderliyindəki Qərb gücləri 2 əsrə yaxın Moskvanın tam nəzarətində qalmış Xəzərin enerji resurslarına çıxış əldə edə bilmişdi. 1994-cü ildə ABŞ-ın “qarantorluğ”u ilə imzalanmış “Əsrin müqaviləsi” 30 il ərzində regional dinamikaları müəyyən edən əsas faktora çevrilərək, bir çox ciddi cəhdlərə baxmayaraq Rusiyanın Cənubi Qafqazı yenidən öz təsir zonasına qaytarmasının önündə ciddi əngəl yarada bildi. Bu mənada, ABŞ-ın iştirakı ilə imzalanacaq Zəngəzur sazişi də “XXI Əsrin müqaviləsi” kimi Cənubi Qafqazın yeni tarixində də başlıca faktora çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi regionun sərhədlərinin də fövqünü aşan, qitələrarası önəm daşıyan bir layihədir.
Əsas sual odur ki, “ikinci” Əsrin Müqaviləsinə qarşı Rusiyanın gedişləri nə ola bilər? Moskvanın əks-həmlələri işə yarayacaqmı, yoxsa 90-cı illərdə olduğu kimi son nəticəni dəyişməyəcəkmi?
Bizim psixologiyamızda Moskva elə bir imic formalaşdırıb ki, hətta geri çəkilməyə məcbur olanda və ya ən zəif anında belə, Rusiyanın öz maraqlarını təmin edəcək bir planının olduğunu düşünürük. Bu baxımdan, Moskva haqqındakı bu təsəvvürümüz hiyləgərliyi ilə tarixdə iz buraxan, çətinlikləri fürsətə çevirən, fürsətləri ilə xüsusi ustalıqla istismar etməyi bacaran fransız diplomat Taleyranın ölümünə dair dildən-dilə dolaşan məşhur frazanı xatırladır: “Taleyran ölübmü? Görəsən, onun ölməkdə məqsədi nədir?”.
Bəli, Rusiyanın regionda zəiflədiyi bir reallıqdır, amma Moskvanı tamamilə Cənubi Qafqazın güc balansından silmək üçün tələsmək lazım deyil. Rusiyanın Ermənistan və Gürcüstan ərazisində qoşunları, Xəzər dənizində isə donanması öz mövcudluğunu qoruyur. Cənubi Qafqazdakı gedişata təsir edəcək əsas faktor Ukrayna cəbhəsidir. Məlum olduğu kimi, Ukrayna müharibəsi ərəfəsində, 2021-ci ilin dekabr ayında Rusiya Xarici İşlər Nazirliyi ultimatum yayımlayaraq, NATO-nun Ukrayna ilə yanaşı, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı hərbi fəaliyyətlərini də dayandırması və ABŞ-ın keçmiş SSRİ ölkələri ilə hərbi əməkdaşlığı sonlandırmasını tələb etmişdi. Yəni, Cənubi Qafqaz regionu Ukraynada gedən böyük müharibənin predmetidir. ABŞ-ın Cənubi Qafqaza qoşun yerləşdirməsini də məhz ultimatumda göstərildiyi kimi, Ukrayna cəbhəsindəki reallıqlar müəyyən edəcək.