vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
Avropada dəfn mədəniyyəti dəyişir 10:07 | 1 iyun 2026 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada dəfn mədəniyyəti dəyişir

Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır

MURAD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada dəfn ənənələrində ciddi dəyişiklik müşahidə olunur. Xüsusilə Fransa ərazisində qəbir yerlərinin azalması və şəhərləşmənin artması nəticəsində kremasiya – yəni cəsədlərin yandırılması – getdikcə daha geniş yayılır.

VAXT.AZ BBC-yə istinadən xəbər verir ki, son illərdə Paris, Lion və Marsel kimi iri şəhərlərdə qəbiristanlıqlarda boş yerlərin azalması dəfn prosesində alternativ üsullara tələbatı artırıb.

Şəhərsalma və demoqrafik sıxlığın artması nəticəsində ənənəvi dəfn üçün torpaq sahəsi tapmaq çətinləşib. Bu səbəbdən kremasiya həm praktik, həm də daha əlçatan seçim kimi ön plana çıxır.

Məlumatlara görə, Fransada 1980-ci illərdə cəmi 1 faiz səviyyəsində olan kremasiya göstəricisi bu gün təxminən 40 faizə qədər yüksəlib. Bu artım Avropada ümumi tendensiyanın bir hissəsi kimi qiymətləndirilir.

Ekspertlər bu dəyişimi iki əsas faktor – şəhərlərdə qəbir yerlərinin azalması və dini və sosial baxışların dəyişməsi ilə izah edirlər

 

Kilsənin qərarı dönüş nöqtəsi olub

 

Tarixən Avropada kremasiya uzun müddət qəbul edilməyib. Lakin Katolik Kilsəsi 1963-cü ildə kremasiyaya qoyulan qadağanı ləğv etdikdən sonra bu praktika yenidən geniş yayılmağa başlayıb.

Kilsə daha sonra bildirib ki, kremasiya dini baxımdan inanc prinsiplərinə zidd deyil və insanın ruhuna təsir etmir.

Kremasiyadan sonra küllərin xüsusi qabda (urna) saxlanması, xatirə bağlarında yerləşdirilməsi və ya təbiətə səpilməsi kimi alternativlər Avropada daha geniş tətbiq olunur.

 

Cəmiyyətin yanaşması dəyişir

 

Sosioloji araşdırmalara görə, qitədə əhalinin böyük hissəsi öz dəfn mərasimi üçün kremasiyanı daha məqbul hesab edir. Lakin yaşlı nəsil arasında ənənəvi dəfn üsulu hələ də üstünlük təşkil edir.

Mütəxəssislər hesab edirlər ki, şəhərləşmənin davam etməsi və qəbiristanlıq yerlərinin məhdudlaşması fonunda Avropada kremasiya göstəricisi növbəti illərdə daha da arta bilər.